Dizelin Hidrotəmizlənməsi Qurğusunun Reaktoru Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) quraşdırılmaq üçün Azərbaycana gətirilib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Heydər Əliyev adına Neft Emalı Zavodunun Modernizasiyası və Yenidənqurması Layihəsi çərçivəsində “Larsen&Toubro” şirkətinin Hindistanda yerləşən zavodunda istehsal olunmuş dizelin hidrotəmizlənməsi qurğusunun reaktoru Heydər Əliyev adına NEZ-ə gətirilib və yaxın vaxtlarda quraşdırılma prosesinə başlanılacaq. Reaktorun uzunluğu 32,7 metr, eni 8,4 metr, hündürlüyü isə 6,6 metrdir”, - deyə məlumatda bildirilir.
Layihənin planlaşdırılan tarixlərdə tamamlanmasını təmin etmək üçün reaktorun istehsalına 2017-ci ilin iyul ayında müqavilənin imzalanmasından dərhal sonra başlanılıb və tamamlanması 14 ay çəkib.
“Zavodun Modernizasiyası və Yenidənqurması Layihəsi çərçivəsində ilkin olaraq Dizelin hidrotəmizlənməsi qurğusu üçün nəzərdə tutulmuş avadanlıqlardan hidrogenizatın buxarlandırıcısı (32-K-001) kolonu NEZ-ə çatdırılıb. “Tekfen” şirkətinə məxsus uzunluğu 34 metr, diametri 4 metr və 2,6 metr, çəkisi 150 tona yaxın olan bu avadanlıq Türkiyənin Dərincə vilayətindən Qaradəniz-Volqa-Don kanalı-Xəzər dənizi marşurutu ilə 35 gün müddətinə Heydər Əliyev adına NEZ-ə çatdırılıb”, - deyə məlumatda qeyd olunur.
Həmçinin kükürdün alınması qurğusu üçün nəzərdə tutulmuş “AMD international SRL” şirkətinin istehsalı olan 130 ton çəkiyə malik 2 ədəd termoreaktor və “Daekyung Machinery& Engineering Co. td” tərəfindən istehsal olunmuş 6 ədəd dizelin hidrotəmizlənməsi qurğusunun reaktorunun xammalının qızdırılması üçün istidəyişdiricilər də artıq zavoda çatdırılıb, quraşdırılma prosesinə start verilib.
Xəbər verildiyi kimi, Heydər Əliyev adına NEZ-də yenidənqurma işlərinin 3 mərhələsi çərçivəsində 14 yeni qurğunun inşası nəzərdə tutulur. Layihənin dəyəri $2,2 mlrd. təşkil edir.
I mərhələ cari ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi ilə yekunlaşacaq.
II mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyətli dizel yanacağının alınması, son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyətli benzin məhsullarının istehsalı nəzərdə tutulur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət