Gələn həftə Azərbaycan parlamentində Vergi Məcəlləsinə dəyişikliklər layihəsinə baxılacaq. Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.
«Vergi Məcəlləsinə dəyişikliklər layihəsi parlamentə təqdim edilib. Hazırda biz profil parlament komitəsi ilə sənədlə bağlı müəyyən məsləhətləşmələr aparırıq, gələn həftə parlamentdə sənədə baxılacaq», - deyə M.Cabbarov AzTV telekanalında efirə gedən “Günün nəbzi” verilişində bildirib.
Onun sözlərinə görə, Məcəllədə nəzərdə tutulan mühüm dəyişikliklərdən biri qeyri-neft, qeyri-dövlət sektorunda çalışan şəxslərdən gəlir vergisinin tutulması sistemində islahatların aparılması ilə bağlıdır. «İlkin mərhələdə bu yeniliklər dövlət büdcəsinə vergi daxilolmalarının həcminin müəyyən qədər azalmasına səbəb olacaq, lakin biz buna şüurlu şəkildə gedirik. Bu, həm də kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində atılan addımdır», - deyə nazir qeyd edib.
M.Cabbarov əlavə edib ki, dəyişikliklər sadələşdirilmiş vergi ilə də bağlıdır. Xüsusilə sadələşdirilmiş vergi üzrə faiz dərəcəsinin azaldılması və 2% səviyyəsində vahid dərəcənin tətbiqi planlaşdırılır. «Dövlət kiçik biznesin dəstəklənməsində maraqlıdır. Lakin müşahidələrimiz göstərir ki, burada bir sıra mənfi məqamlar yer alır: vergidən yayınmaq üçün dövriyyənin azaldılması və digər sui-istifadə halları. Buna görə sahibkarların sadələşdirilmiş vergi ödəyicisi olduğu fəaliyyət növləri azaldılacaq», - deyə o əlavə edib.
Nazir vurğulayıb ki, 2019-cu ildən nazirlik onlayn nəzarət-kassa aparatları sistemini tətbiq etmək niyyətindədir. Bu, real vaxt rejimində pərakəndə ticarət və xidmət sahəsində əməliyyatları izləməyə imkan verəcək.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət