2018-ci ilin oktyabr ayında Bakının daşınmaz əmlak bazarında qiymət indikatoru sentyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,14% bahalaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Ekspertin qiymətləndirmələrinə görə, hesabat ayında qiymət artımı kommersiya obyektləri və torpaq bazarı istisna olmaqla, demək olar ki, bütün seqmentləri əhatə edib.
"Ay ərzində ilkin mənzil bazarında qiymətlər 3,12% - 1 224 manatadək (1 kv.m), təkrar bazarda isə 2,57% - 1698 manatadək bahalaşıb. 1 mənzilin kirayə haqqı 2,45% - 920 manatadək, kommersiya obyektlərinin icarə haqqı isə 2,66% - 15,73 manatadək (1 kv.m) artıb», - deyə o bildirib.
Baş direktorun sözlərinə görə, oktyabrda 1 sot torpağın qiyməti 1,1% - 21,218 min manatadək, kommersiya obyektlərinin qiyməti 5,27% - 2,412 min manatadək (1 kv.m) ucuzlaşıb.
Ekspert qeyd edib ki, Bakının daşınmaz əmlak bazarında qiymətlərin bahalaşmasının əsas səbəbi təkliflər portfelinin strukturunun dəyişməsi ilə bağlıdır. «Portfeldə, əsasən bahalı mənzillər qalıb və bu da orta qiymətlərin artımını şərtləndirən amildir. Bundan başqa, payız aylarında hər zaman fəallığın artması müşahidə olunur ki, bu da qiymətlərə təsirsiz ötüşməyib», - deyə N.İbrahimov vurğulayıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət