SOCAR Tower-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan gənclərinin inkişafı üçün həyata keçirdiyi Daxili Təqaüd Proqramı layihəsinin qaliblərinə plastik kartların verilməsi mərasimi keçirilmişdir. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, təhsil nazirinin müavini Firudin Qurbanov, şirkət rəhbərliyinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının rektorları iştirak etmişlər.
Tədbir SOCAR-ın gənclər siyasətinə həsr edilmiş filmin nümayişi ilə başlamışdır.
SOCAR 2005-ci ildən etibarən, Azərbaycanda gənc mütəxəssislərin təhsil və inkişafına töhfə olaraq, Daxili Təqaüd Proqramını həyata keçirir. Bu müddət ərzində proqram üzrə 23 mindən çox müraciət olmuş, onlardan 2065 tələbə SOCAR-ın təqaüdünü qazanmışdır. 2017-2018-ci illər üzrə Daxili təqaüd Proqramına müraciət edən 1900-ə yaxın tələbədən 77-si uğur qazana bilmişlər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Gələcəkdə bizi texnoloji cəhətdən daha mürəkkəb, böyük elm tutumlu işlər gözləyir. Bu ildən Azərbaycan və Türkiyədə əsas layihələrimizin başa çatması SOCAR-da bacarıqlı və müasir təfəkkürlü gənc mütəxəssislərə ehtiyacı daha da artırır. Biz gənc mütəxəssislərlə fəal əməkdaşlıq etməkdə maraqlıyıq və onları bu konsepsiyanın dayaq sütünu kimi görürük. Bu istiqamətdə həyata keçirdiyimiz bütün işlər, müxtəlif təqaüd proqramları, təlim və təcrübə kursları məhz gənclərin inkişafımızın mühərrikinə çevrilməsinə xidmət göstərir.”
Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxış etmiş, SOCAR-ın təqaüd proqramlarının bu sahədə oxuyan gənclər üçün xüsusi stimul verdiyini qeyd etmişlər.
Daxili Təqaüd Proqramının qalibi olmuş gənclər adından çıxış edənlər SOCAR-ın Təqaüd Proqramlarının tələbələr arasında böyük rəğbət qazandığını qeyd etmiş, yaradılan şəraitə görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, SOCAR Daxili Təqaüd proqramı ilə yanaşı 2006-cı ildən etibarən Xarici Təqaüd Proqramı, 2010-cu ildən isə tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması üçün “Ödənişli Yay Təcrübəsi” Proqramını və Ödənişsiz İstehsalat Təcrübəsini həyata keçirir. Şirkətin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi layihəsi çərçivəsində uşaq evlərində tərbiyə almış 100-ə yaxın gənc SOCAR-ın təlim mərkəzlərində müxtəlif peşələrə yiyələnərək, şirkətin strukturlarında işlə təmin olunmuşlar. SOCAR tərəfindən gənc kadrlar üçün sosial güzəştlər sistemi işlənib hazırlanmışdır: həm xarici, həm daxili Təqaüd Proqramlarının iştirakçıları, eləcə də uşaq evlərində böyümüş gənclər işə qəbul olunduqdan sonra onların güzəştli şərtlərlə, ipoteka kreditləri hesabına mənzillə təmin edilməsi üçün imkan yaradılır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət