Bank VTB (Azərbaycan) “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq bank forumunun tərəfdaşı olub. Forumun iştirakçıları iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüsləri, rəqəmsallaşmanı, maliyyə texnologiyaları sahəsində cari vəziyyəti və bazardakı son trendləri müzakirə edib.
Bank VTB (Azərbaycan)-ın İdarə heyətinin sədri Evgeniy Kirin “Bank transformasiyası” panelində forum iştirakçıları ilə gələcək ödəniş texnologiyalarını, innovasiyaların bank əməliyyat proqramlarına tətbiqini, eləcə də bu sahədə qəbul olunmuş dövlət proqramlarını müzakirə edib.
“Rəqəmsal bankçılığa keçid dövlətin strateji məqsədlərindən biridir. Bu, vergi inzibatçılığının sadələşdirilməsinə, iqtisadiyyatın şəffaflaşmasına, eləcə də əhalinin keyfiyyətli və müasir texnologiyalarına çıxışına yardım edir. Bank VTB (Azərbaycan) həm bizim biznesin, həm də ümumilikdə bütün bank sektorunun inkişafına təkan verən bu proseslərin daha da sürətlə irəlləməsində maraqlıdır” - deyə VTB (Azərbaycan)-ın İdarə heyətinin sədri Evgeniy Kirin jurnalistlərə müsahibəsi zamanı qeyd edib.
Forumun sonunda bank VTB (Azərbaycan) III Beynəlxalq Bankçılıq Forumuna göstərdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Bank Tərəfdaşı” nominasiyasında diplom ilə mükafatlandırılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət