“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının 2014-cü ildə neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən yaranmış böhrandan sonra yavaş-yavaş bərpa olunduğunu qeyd edir.
"2018-ci ilin 9 ayı ərzində Azərbaycanda ÜDM 0,8% artıb (2017-ci ildə artım 0,1%). Hesabat dövründə qeyri-neft sektorunda artım 1% (2017-ci ildə 2,7%), inflyasiya 2,4% (2017-ci ilin sonuna 12,9%) təşkil edib", - deyə agentliyin hesabatında qeyd edilir.
“Fitch” qeyd edir ki, bu makroiqtisadi göstəricilər Azərbaycan iqtisadiyyatının 2014-cü ildə neftin qiymətinin ucuzlaşmasından və manatın devalvasiyası, fiskal siyasətin sərtləşdirilməsi və bank sektorunda restrukturlaşdırmanın həyata keçirilməsi zərurətini özündə birləşdirən cavab tədbirlərindən sonra yavaş-yavaş bərpa olunduğuna dəlalət edir.
Agentlik vurğulayır ki, dünya neft bazarlarında əlverişli cari vəziyyət Azərbaycan hakimiyyətinə qeyri-neft sektoruna investisiya qoyuluşlarını artırmağa, pul-kredit siyasətini bir qədər zəiflətməyə imkan verib ki, bu da kreditləşdirmənin tədricən artmasına şərait yaradır.
Belə şəraitdə 2018-ci ilin sentyabr ayınının yekunları üzrə Dövlət Neft Fondunun aktivləri $39 mlrd.-dək (2017-ci ilin sonuna $36 mlrd.) artıb. Azərbaycan Mərkəzi Bankı cari il ərzində uçot dərəcəsini 9,75%-ə qədər azaldıb.
“Fitch”in qiymətləndirmələrinə görə, Azərbaycanın bank sektorunda dollarlaşmanın səviyyəsi tədricən azalsa da, hələ yüksək olaraq qalır ki, bu da pul-kredit siyasətinin effektivliyini azaldır. "Milli valyutanın sabit məzənnəsi (2017-ci ilin aprel ayından etibarən 1,7AZN/USD) göstərir ki, ölkə hakimiyyəti sərbəst üzən məzənnə rejiminə tərəfdar deyil.
"İyulda biz Azərbaycanın suveren reytinqini proqnoz "Stabil" olmaqla "BB +" səviyyəsində təsdiq etmişik. Reytinqdə güclü xarici balans və aşağı dövlət borcu (ehtiyatların yığılması, karbohidrogenlərdən asılılıq və bank sektorunda idarəetmə ilə bağlı çatışmazlıqlarla şərtlənib) nəzərə alınır", - deyə agentlik qeyd edir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət