Azərbaycan hökuməti vergi ödəyicisinin sərəncamında olan pul vəsaitlərinin uçotdan gizlədilməsinə görə maliyyə sanksiyalarını sərtləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
Bu təkliflər parlamentə təqdim olunmuş Vergi Məcəlləsinə dəyişikliklər paketində nəzərdə tutulub.
Dəyişikliklər pul vəsaitlərinin uçotundan və operativ vergi nəzarətindən yayınmaya, eləcə də vergi ödyicisinin sahibliyində olan malların alışını təsdiq edən sənədlərin (hesab-faktura və s.), idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsinin, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə sənədlərdən ən azı birinin olmamasına görə sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.
Pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə 1000 manatdan çox olan hissəsinin 5%-dən 10%-dək, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10%-dən 20%-dək miqdarında maliyyə sanksiyasının tətbiqi təklif olunur.
Həmçinin gəlir və xərclərin uçota alınması qaydalarına əməl olunmamasına görə il ərzində birinci pozuntu faktı üzrə uçota alınmamış xərclərin 10%-i, təkrar pozuntu faktı üzrə 20%-i, təqvim ili ərzində 3 və daha artıq pozuntu faktı üzrə 40%-i həcmində sanksiyanın tətbiq edilməsi planlaşdırılır.
Hökumət Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə tətbiq edilən sanksiyaları sərtləşdirməyi təklif edir.
Təqvim ilində birinci pozuntu faktı üzrə 2 min manat, təkrar pozuntu faktı üzrə 4 min manat, 3 və daha artıq pozuntu faktı üzrə 6 min manat məbləğində sanksiyanın tətbiq edilməsi təklif olunur.
Hazırda bu qanun pozuntusuna görə maliyyə sanksiyası 1 min manat təşkil edir.
Bundan başqa, hökumət malı təqdim edən tərəfindən malın tələb olunan elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan təqdim edilməsinə görə də sanksiya tətbiq etməyi təklif edir. Təqvim ilində belə hala birinci dəfə yol verildikdə malın satış dəyərinin 10%-i, belə hala ikinci dəfə yol verildikdə 20%-i, 3 və daha çox dəfə yol verildikdə 40%-i miqdarında sanksiyanın tətbiqi təklif olunur.
Eyni zamanda, aksiz markaları ilə markalanmalı olan malların həmin markalarla markalanmadan satışı və ya saxlanılması aşkar edildikdə, təqvim ilində belə hala birinci dəfə yol verildikdə malın bazar dəyəri məbləğində, belə hala 2 və daha çox dəfə yol verildikdə malın bazar dəyərinin iki misli məbləğində sanksiyanın tətbiq edilməsi təklif olunur.
Dəyişikliklərdə, həmçinin vergidən azad edilmiş gəlirlərin uçotdan gizlədilməsi və ya bilərəkdən azaldılmasına görə gəlirin uçota alınmamış və ya bilərəkdən azaldılmış hissəsinin (xərc nəzərə alınmadan) 6%-i məbləğində sanksiyanın tətbiqi nəzərdə tutulur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət