Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksək göstəriciyə nail olub. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artıb. Hazırda “Nar”-ın yüksək keyfiyyətli 4G xidmətindən istifadə edən abunəçilərin sayı 500 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına baza stansiyalarının sürətlə artımı, 4G SIM və 4G smartfon penertasiyası təsir edib.
Qeyd edək ki, “Nar” 4G interneti paytaxtla yanaşı, ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir. “Nar” 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksək keyfiyyətli mobil internet xidməti nəticəsində internet trafikinin həcmi bu ilin əvvəli ilə müqayisədə 36% artıb.
4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. Limitsiz internet paketləri, müştərilərə həm internet, həm danışıq dəqiqələrini paket şəklində bir arada almaq imkanı verən tariflər “Nar” 4G istifadəçilərinin sayının artmasına təsir edib.
“Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke 4G istifadəçilərinin sayının yarım milyona çatmasını böyük uğur adlandırıb: “Faəliyyətə başladığımız vaxtdan bu günə qədər “Nar” olaraq, öz abunəçilərimizə yüksək xidmət göstərməyi və müştəri məmnuniyyətini daim diqqətdə saxlayırıq. Peşəkar komandamızın səyi və abunəçilərimizə göstərdiyimiz yüksək xidmət nəticəsində son 10 ayda 4G istifadəçilərinin sayı Bakı üzrə 2, regionlar üzrə isə 3 dəfə artıb. “Nar” olaraq, uğurlarımız bundan sonra da davam edəcək”.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət