“Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov sığorta qanunvericiliyində, o cümlədən icbari sığortanın tənzimlənməsində dəyişikliklər gözləyir.
"Biz sığorta qanunvericiliyində, xüsusilə “İcbari sığorta haqqında” qanunda əsaslı dəyişikliklər gözləyirik. Məsələ bundadır ki, icbari sığortaya daha yüksək səviyyədə nəzarətə ehtiyac var. Bu, sığorta şirkətləri tərəfindən həyata keçirilən satışlara nəzarətə, eləcə də elektron sistemin tam inteqrasiyasına aiddir", - deyə o, bu gün jurnalistlərə bildirib.
T.Yunsurovun sözlərinə görə, gözlənilən digər dəyişiklik turistlərin sığortalanmasına aiddir. "Biz təkliflər hazırlamışıq. Bu təkliflər turistlərin sığortasının icbariləşdirilməsini nəzərdə tutur. Bu, sözügedən sığorta növünü inkişaf etdirməyə və sığorta yığımlarının həcmini artırmağa imkan verəcək", - deyə müavin qeyd edib.
Hazırda könüllü sığorta növünə aid olan turistlərin sığortası üzrə yığımlar kifayət qədər azdır. Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında bu sığorta növü üzrə yığımlar 3 mln. 61,1 min manat, ödənişlər 603,3 min manat təşkil edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət