Azərbaycanda banklar real sektorun kreditləşdirilməsində çətinlik çəkir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunis Abdulov belə hesab edir.
"Bu gün Azərbaycanın bank sektorunda 5,3 mlrd. manat məbləğində likvid vəsait toplanıb. Kredit kanallarının iş qabiliyyəti ilə bağlı problemlər bu vəsaitlərin biznes və iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilməsini çətinləşdirir", - deyə o, bu gün Bakıda "Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar" adlı konfransda bildirib.
İcraçı direktorun sözlərinə görə, 2018-ci il sentyabrın sonuna bankların real sektor üzrə kredit portfelinin təxminən 63%-i biznesin maliyyələşdirilməsinə yönəldilib.
"Bu, 7,7 mlrd. manat məbləğində portfel deməkdir. Bütovlükdə, 2000-ci ildən etibarən bank sektoru tərəfindən 14,3 mlrd. manat məbləğində əsaslı vəsait qoyuluşu həyata keçirilib. Bu, müəssisələrə və dövlət büdcəsinə aid vəsaitlərdən sonra daxili sərmayələşdirmə üzrə üçüncü göstəricidir. Təkcə cari ilin 10 ayı ərzində bank sektoru ölkə iqtisadiyyatına 1,5 mlrd. manat məbləğində əsaslı vəsait yönəldib ki, bu da daxili vəsaitlər hesabına əsaslı vəsait qoyuluşlarının 13%-ni təşkil edir", - deyə Y.Abdulov vurğulayıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət