Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə Vyanada neftin qiymətinin sabitliyi ilə bağlı məsələləri müzakirə ediblər.
“Görüşdə nazirlər son dövrdə neftin qiymət dəyişikliyini şərtləndirən faktorlar, qısa və uzunmüddətli perspektivdə gözləntilər, qlobal neft bazarında tələb və təklifin vəziyyəti müzakirə ediblər”, - Energetika Nazirliyinin məlumatında deyilir.
Xüsusilə, görüş zamanı qiymət sabitliyi və balansın təmin olunması üçün hasilatın məhdudlaşdırılması təklifi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Həmçinin, OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın 2019-cu ildə də davam etdirilməsinin vacibliyi qeyd olunub.
“Bundan əlavə, nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər”, - nazilrik qeyd edir.
Xəbər verildiyi kimi, dekabrın 5-də Vyanada OPEC+ sazişi iştirakçılarının Monitorinq Komitəsinin iclası, dekabın 6-da kartelə daxil olan üzv ölkələrin nazirlərinin iclası keçiriləcək. OPEC+ sazişinin 25 üzv ölkəsi hər birinin nazirləri dekabrın 7-də Vyanada toplaşacaqlar.
Neft ixracatçılarının dünya bazarlarında xammalın artımının qarşısını almaq məqsədilə hasilatın həcminin azalması barədə razılığa gələcəklər. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət