Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Tomas Qreminqerə Azərbaycanın işğal olunmuş ərazilərinə növbəti qiymətləndirmə missiyasını təşkil etməyi təklif edib.
Dekabrın 6-da E.Məmmədyarov Milanda ATƏT-in 25-ci Nazirlər Şurası çərçivəsində T.Qreminqerlə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, həmsöhbətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə ediblər.
“T.Qreminqerin sualını (Qarabağ münaqişəsinin həllində - İF) cavablandıran E.Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərinə mümkün qiymətləndirmə missiyasının təşkilində ATƏT-in rolunu qeyd edib”, - XİN-nin məlumatında vurğulanır.
E.Məmmədyarov T.Qreminqerə Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi görüşlər haqqında məlumat verib, “Nazir qeyd edib ki, bu görüşlər faydalı olub, eyni zamanda, yaxın gələcəkdə mövcud formatda intensiv, nəticəyönümlü danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub”, - məlumatda deyilir.
Məlumata əsasən, tərəflər həmçinin Azərbaycanla ATƏT arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.
E.Məmmədyarov ATƏT İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsinin icra olunmasının Azərbaycan, Qazaxıstan və Türkmənistan limanlarının enerji təchizatının şaxələndirilməsi və Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxışına töhfə verəcəyini bildirib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət