2018-ci ilin noyabr ayında Bakının daşınmaz əmlak bazarında qiymət indikatoru oktyabr ayının sonuna olan göstərici ilə müqayisədə 4,72% bahalaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Ekspertin qiymətləndirmələrinə görə, hesabat ayında qiymət artımı kommersiya obyektləri və torpaq bazarı istisna olmaqla, demək olar ki, bütün seqmentləri əhatə edib.
"Ay ərzində ilkin mənzil bazarında qiymətlər 2,94% - 1 260 manatadək (1 kv.m), 1 sot torpağın qiyməti 4,2% - 22,11 min manatadək bahalaşıb. Bir mənzilin kirayə haqqı 0,19% - 921,75 manatadək, kommersiya obyektlərinin icarə haqqı isə 6,7% - 2,57 min manatadək (1 kv.m) artıb», - o bildirib.
N.İbrahimovun sözlərinə görə, noyabr ayında təkrar bazarda qiymətlət 2,5% - 1,656 min manatadək (1 kv.m), kommersiya obyektlərinin qiyməti 4,74% - 14,98 manatadək (1 kv.m) ucuzlaşıb.
Ekspert qeyd edib ki, 2018-ci ildə bazarda bütövlükdə 7-8% artım gözləmək olar.
“Yanvar-noyabr aylarında qiymətlər 2018-ci ilin əvvəlinə olan göstərici ilə müqayisədə 6,78% artıb. Xüsusilə, ilkin mənzil bazarında qiymətlər 1,81%, təkrar bazarda – 1,78%, kommersiya obyektləri – 0,53%, torpaq – 8,65%, bağ evləri və villalar isə - 10,45% bahalaşıb. O cümlədən, 2018-ci ildə daşınmaz əmlak bazarının 7-8% artımını proqnozlaşdırmaq olar”, - N.İbrahimov qeyd edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət