Britaniyanın BP şirkəti və Azərbaycan Energetika Nazirliyi ölkədə bərpa olunan enerji mənbələrinin potensialının birgə araşdırması ilə məşğul olacaq.
“Bu gün BP şirkəti və Energetika Nazirliyi Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədi ilə Anlaşma Memorandumu imzalayıb. Sənəd Azərbaycan hökumətinin bu yaxınlarda ölkədə bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın formalaşdırılmasına başladığını bəyan etməsi kontekstində imzalanıb”, - şirkətin və nazirliyin birgə məlumatında qeyd olunur.
Energetika naziri Pərviz Şahbazov sənədin imzalanmasını şərh edərək bildirib ki, BP ilə əməkdaşlıq bərpa olunan enerji sahəsində faydalı olacaq və təmiz enerjinin inkişafına töhfə verəcək. “Azərbaycanda alternativ və bərpa olunan enerjinin istehsalını artırmaq, enerji təhlükəsizliyinin təminatında bu enerjinin rolunu gücləndirmək bu gün dövlət başçısı tərəfindən qarşıya qoyulan həlli vacib məsələlərdir. Bu məqsədlə bərpa olunan enerji sahəsinin inkişafı üçün hazırda beynəlxalq təcrübə öyrənlir, qanunvericilik bazası yaradılır, beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır. Memorandumun imzalanması bərpa olunan enerji mənbələri sahəsinin inkişafı işlərinin yeni mərhələyə daxil olması deməkdir”, - məlumatda P.Şahbazovun sözlərindən sitat gətirilir.
“BP ölkədə bərpa olunan enerji mənbələri üzrə potensialı başa düşmək və birlikdə araşdırmaq üçün hökumətlə birgə işləməyə hazırdır və Azərbaycanda bərpa olunan enerji sektoru üçün planlaşdırılan bazanın yaradılmasını dəstəkləyir”, - BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons bildirib Öncə Azərbaycanın energetika naziri Pərviz Şahbazov məlumat verib ki, Hazırda Azərbaycanda alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalı 18% təşkil edir. Bunun əsas hissəsi su elektrik stansiyalarının payına düşür.
Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin müəyyən olunmuş gücünü 3461 Meqavata çatdırmağı planlaşdırır.
Nazirlik BP, TOTAL, Equinor şirkətləri ilə alternativ enerji sahəsində əməkdaşlığa dair danışıqlar aparır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət