2019-cu ildən etibarən Azərbaycanda özəl sektorda çalışan 500 mindən artıq şəxs gəlir vergisi üzrə güzəştlərdən yararlana bilər. Vergilər nazirinin müavini Sahib Ələkbərov belə hesab edir.
“2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində özəl sektorda çalışan 500 mindən artıq şəxs gəlir vergisi üzrə güzəştlərdən yararlana bilər”, - S.Ələkbərov ATV telekanalında “İqtisadi zona” verilişinin efirində bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə Vergilər Nazirliyi üçün gəlir vergisi üzrə daxilolmalar planı 316 mln. manat, bütövlükdə, nazirlik üçün vergi yığımı planı təxminən 400 mln. manat azaldılıb.
S.Ələkbərov vurğulayıb ki, qeyd edilən gəlir vergisi üzrə güzəştlər yalnız özəl və qeyri-neft sektorunda çalışan şəxslərə şamil olunacaq. “Güzəştlərin tətbiqinin məqsədi – problemli sahələrdə vəziyyətin yaxşılaşdırılması üçün şəraitin yaradılmasıdır. Bu gün əmək bazarında müəyyən problemlər mövcuddur. Statistikaya əsasən, əmək qabiliyyəti olan əhalinin sayı 4,5 mln. nəfər təşkil edir. Bunun yalnız 1,5 mln. nəfəri muzdla çalışır. Belə çıxır ki, vətəndaşların mühüm hissədi işləyir, gəlir əldə edir, lakin həmin əmək münasibətləri rəsmiləşdirilməyib”, - o qeyd edib.
Xəbər verildiyi kimi, noyabrın 30-da Azərbaycan parlamenti Vegi Məcəlləsinə düzəlişləri qəbul edib. Düzəlişlərə əsasən, bu islahatlar çərçivəsində 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyridövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi üzrə 100 faiz müəyyən edilməsi nəzərdə tutulub. Muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatdan çox olduqda isə 44 faiz (25 faizdən 14 faizədək endirilməsi) güzəştin müəyyən edilməsi nəzərdə tutulub.
Eyni zamanda, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.
Hökumətin qiymətləndirmələrinə görə, ilkin mərhələdə bu islahatlar nəticəsində dövlət büdcəsinə “gəlir vergisi” maddəsi üzrə daxilolmalar bir qədər azala bilər. Lakin növbəti illərdə ölkədə iqtisadi fəallığın artması və “kölgə iqtisadiyyatı”nın payının azalması, vergi inzibatçılığının güclənməsi ilə bu vergi növü üzrə büdcəyə daxilolmalarda artım müşahidə olunacaq. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət