2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 939 min ton buğda idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 0,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $176 mln. 5,5 min (artım 3,6%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $71 mln. 203,9 min dəyərində (azalma 52,8%) 196,4 min ton şəkər xammalı və şəkər (azalma 40,2%), $86 mln. 861 min dəyərində (azalma 7%) 101,2 min ton bitki yağı (azalma 0,7%), $42 mln. 378,8 min dəyərində (azalma 2,7%) 10,91 min 134 ton çay (artım 0,4%), $56 mln. 4 min dəyərində (artım 1,2%) 9,561 ton kərə yağı və süd (azalma 19,6%) idxal edilib.
Bundan əlavə, yanvar-oktyabr aylarında respublikaya $20 mln. 741,6 min dəyərində (azalma 12,6%) 6,782 min ton iribuynuzlu heyvan əti (azalma 10,2%), $31 mln. 543 min dəyərində (artım 16,7%) 27,793 min ton quş əti və ondan məmulatlar (artım 22,7%) idxal olunub.
Bu dövrdə respublikaya $76 mln. 626 min dəyərində (artım 48,7%) 86,473 min ton meyvə (artım 49,5%), $7 mln. 220,6 min dəyərində (azalma 41,98%) 12,985 min ton tərəvəz (azalma 45,1%), $28 mln. 291,1 min dəyərində (artım 2,3%) 110,2 min ton kartof (azalma 17%) idxal edilib.
Hesabat dövründə ölkədən $169 mln. 170,2 min dəyərində (artım 6,8%) 194,5 min ton tərəvəz (azalma 3,8%), $205 mln. 634,5 min dəyərində (artım 7,9%) 180,9 min ton meyvə (artım 22,6%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $21 mln. 976,6 min dəyərində (azalma 39,7%) 38,146 min ton şəkər (azalma 32,2%), $7 mln. 461 min dəyərində (azalma 14,1%) 8,67 min ton bitki yağı (artım 2,9%) ixrac edilib.
Həmçinin yanvar-oktyabr aylarında Azərbaycandan $7 mln. 669,8 min (аrtım 1,4%) dəyərində 5,982 min ton meyvə və tərəvəz şirələri (azalma 13%), $6 mln. 441,4 min (аrtım 42,6%) dəyərində 573,7 min dekalitr təbii üzüm şərabları və üzüm şirəsi (artım 2 dəfə), $6 mln. 238,4 min (аrtım 50,6%) dəyərində 5,403 min ton meyvə və tərəvəz konservləri (artım 10,2%) ixrac edib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət