2018-ci il dekabrın 20-də Hyatt Regency Baku / Hyatt Hall-da Yeni il ziyafəti və Caspian Business Award 2018 beynəlxalq mükafatının təqdim etmə mərasimi təşkil olunub.
Tədbirdə çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, ilin yekunu üzrə mükafatlar Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisinə istehsalat və sosial sahələrdə fəal iştirak edən şirkət və top-menecerlərə təqdim olunur. Mükafatlar iqtisadiyyatın neft, qaz, daşınma, telekommunikasiya və İT texnologiya, maliyyə-kredit sistemi, KİV və s. kimi bir çox sahələrini əhatə edir.
“Nominantlar dünyanın 50-dən çox ölkəsində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında müəyyən edilib”, - deyə Telman Əliyev söyləyib.
Qəbulda dövlət qurumlarının, nazirliklərin rəhbərləri, Milli Məclisin üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiyaların, Caspian European Club-un üzv şirkətlərinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Caspian Business Award 2018 tədbirinin sponsorları SOCAR Azneft, SOCAR Petroleum QSC, “Meqa Sığorta” ASC” və “AzInTelekom” MMC-dir.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
“CASPIAN BUSINESS AWARD – 2018 mükafatının nominasiyalar üzrə qalibləri:
· SOCAR “Azneft” İB - “İlin neft-qaz çıxarma birliyi”
· “SOCAR Petroleum” QSC – “Elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən ilin şirkəti
· “Meqa Sığorta”ASC - “Keyfiyyətli xidmət və dayanıqlı inkişaf üzrə ilin sığorta şirkəti”
· “Smart Systems Technology” MMC – “Telekommunikasiya və TV yayımı sahəsində innovasiyaların tətbiqi üzrə ilin şirkəti”
· “Worleyparsons Europe Ltd” (Azərbaycan üzrə filial) – “BP şirkətinin Azərbaycanda, Gürcüstanda və Türkiyədə əməliyyatları üçün planlaşdırma, maddi və texniki təchizat, tikintinin idarə edilməsı sahəsində göstərdiyi xidmətlərə görə ilin şirkəti”
· “AzeriCard”MMC – “Qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin elektron ödəniş mühitində tətbiqinin genişləndirilməsi üzrə ilin şirkəti”
· “ZİRAATBANK Azərbaycan” - “İlin bankı”
· “Qala Həyat” sığorta şirkəti - “Sığortaçılığın inkişafına verdiyi töhvəyə görə”
· “Alliance Assist Group” MMC – “Tibbi assistanlıq və tibbi turizm sahəsində ilin şirkəti”
· Azәrbaycan Respublikasının Prezidenti yanında Vәtәndaşlara Xidmәt vә Sosial İnnovasiyalar üzrә Dövlәt Agentliyinə (ASAN Xidmət) və “SİNAM” MMC “İlin layihəsi – ASAN viza”
· “ASE Express & OCS, DSV” şirkəti – “İlin logistika şirkəti”
· “Azlegal Consultancy International Services” (ALCIS) –
“Beynəlxalq standartlarına uyğun xidmət keyfiyyəti və müştəri məmnuniyyəti üzrə ilin şirkəti”
· “Bon Accord Engineering Supplies (Caspian) Ltd” - “Regionda boru məhsullarının təchizatı üzrə aparıcı lider”
· “Ləzzət Qida Sənaye” MMC – “2018-ci ildə Azərbaycanın ən çox investisiya qoyulan bölgəsi Naxcıvan Muxtar Respublikasında müasir texnologiyaların qida sənayesində tətbiqinə görə ilin şirkəti”
· “AzInTelekom” MMC – “İlin ən proqressiv İT şirkəti
· “Aztelekom” İB” - “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti”
· “Baktelecom” MMC – “Telekommunikasiya xidmətləri sahəsində ilin brendi”
· “R.I.S.K” şirkəti - “İnnovativ proqram təminati istehsalı və ixraci üzrə ilin şirkəti”
· “Lenovo” şirkəti – “Azərbaycanda ilin ən sürətlə inkişaf edən İT Vendoru”
· “Times Consulting” – “İlin reklam agentliyi”
· “Debet Uniform” şirkəti – “Keyfiyyətli məhsul və müştəri məmnuniyyəti üzrə ilin şirkəti”
· “Yagmur-2” MMC – “Kənd Təsərrüfatı sahəsində Müasir Suvarma Sistemlərinin tətbiqinə görə ilin şirkəti”
· “Prosys” MMC - “Hazırladığı proqram təminatı məhsullarına və dövlət orqanlarında tətbiq etdiyi İKT layihələri üzrə ilin şirkəti”
· “AsProf” şirkətlər qrupu – “İlin dinamik inkişaf edən müasir şirkəti”
· ITECA CASPIAN LLC – “İlin sərgi təşkilatçisi şirkəti”
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət