Azərbaycan, İran və Türkiyədən Rusiya Federasiyasına meyvə və tərəvəz tədarükünü nəzərdə tutan logistik mərkəz 2018-ci ilin sonunadək ilk yükləri qəbul edəcək. Bu barədə Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsinin müvəqqəti icraçısı Denis Afanasyev bu gün brifinqdə bildirib.
Həştərxan vilayətində təxminən 50 ha sahədə dəmir yolu mərkəzinin yaradılması ilə Azərbaycanın "KDY Logistics" şirkəti Rusiya Dəmir Yolları ilə birgə məşğul olur.
“"KDY Logistics” demək olar ki, layihənin hazırlanma mərhələsini başa çatdırıb. Azərbaycan, Türkiyə və İranla razılaşdırmalar aparılıb. Bu ilin sonunadək biz dəmir yolu nəqliyyatı ilə məhsulun birinci partiyasının gəlməsini gözləyirik", - deyə D.Afanasyev qeyd edib.
Onun sözlərinə görə, 2019-cu il ərzində mərkəz vasitəsilə Azərbaycan, Türkiyə və İrandan təxminən 1 mln. ton yük tədarük olunacaq.
D.Afanasyev deyib ki, hazırda bu ölkələrdən meyvə və tərəvəz, əsasən dəniz yolu ilə çatdırılır ki, bu da rütubətin çox olması səbəbindən məhsulun xarab olması ilə nəticələnir. Məhsulun xüsusi dəmir yolu nəqliyyatı ilə daşınması bu problemi həll etməyə imkan verəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət