Azərnaycan prezidenti Vergi Məcəlləsinə sadələşdirilmiş vergi ödəyiciləri üçün bir sıra dəyişiklikləri nəzərdə tutan düzəlişləri təsdiq edib.
Düzəlişlərə əsasən, sadələşdirilmiş vergi ödəmək hüququna malik olan hüquqi və fiziki şəxslərin siyahısı azaldılıb.
Xüsusilə, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər həmin siyahıdan çıxarılıb.
Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər; vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər: qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər; xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər; bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəmək hüququnu itirib..
Həmçinin, düzəlişlər sadələşdirilmiş vergi dərəcəsinə şamil olunub. Belə ki, 2019-cu ildən etibarən sadələşdirilmiş vergi üzrə 2%-lik vahid dərəcə tətbiq ediləcək. Daha əvvəl Bakıda sadələşdirilmiş vergi dərəcəsi 4%, digər şəhər və rayonlarda, o cümlədən də Naxçıvan Muxtar Respublikasında 2% təşkil edib. Bundan başqa, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər üçün 6% səviyyəsində sadələşdirilmiş vergi dərəcəsi ləğv edilib.
O cümlədən, fərdi fəaliyyətlə məşğul olan (işçilər cəlb olunmadan) və sadələşdirilmiş vergi ödəməli olan fiziki şəxslərin siyahısı genişləndirilib. Xüsusilə, həmin siyahıya bərbər, dərzi və ofisiantlar daxil edilib. Ofisiantlar və dərzilər üçün sadələşdirilmiş verginin aylıq dərəcəsi 10 manat, bərbərlər üçün 15 manat səviyyəsində müəyyən edilib (ilkin olaraq, Vergilər Nazirliyi bərbərlər üçün sadələşdirilmiş vergi dərəcəsini 20 manat həcmində müəyyən etməyi təklif edirdi - İF). **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət