SOCAR şirkəti (ARDNŞ) Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin ilk mərhələsini tamamladı. Bunu şirkətin prezidenti Rövnəq Abdullayev deyib.
Xəbər verildiyi kimi, cümə günü Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı neft emalı zavodunda yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimi keçirilib.
“Bu obyektlərin açılışı ilə biz zavodun yenidənqurma və modernizasiya layihəsinin birinci mərhələsini tamamladıq. Növbəti mərhələlərdə AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsalı nəzərdə tutulur və artıq bu istiqamətlərdə də işlər tam sürətlə davam edir”, - məlumatda R.Abdullayevin sözlərindən sitat gətirilir.
O əlavə edib ki, modernizasiya tamamlandıqdan sonra bu zavod ölkəmizi yüksək keyfiyyətli yanacaqla təmin edəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək.
Məlumata əsasən, yeni bitum qurğusunda “PEN 40/60” markalı yüksək keyfiyyətli bitum istehsal ediləcək ki, bu həcm ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur. Bitum qurğusu 7,7 hektar ərazini əhatə edir. Qurğunun istismara verilməsi ilə illik istehsal 250 min tondan 400 min tona çatdırılacaq. Yeni qurğu enerjiyə daha çox qənaət edəcək, ekoloji durumun yaxşılaşdırılmasına töhfə verəcək.
Maye qazdoldurma stansiyası 6 ədəd avtosisternlərə yükləmə qolundan və 5 ədəd vaqonlara yükləmə qolundan ibarətdir. Bu məntəqədən il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qazın (LPG) avtosistern və dəmir yolu, 178 min ton butan-butilen fraksiyasının isə boru xətti, lazım olduğu təqdirdə avtosistern və ya dəmir yolu ilə ötürülməsi nəzərdə tutulur.
“Propan-propilen və butan-butilen fraksiyaları “Azərikimya” İB-nin müəssisələrində xammal kimi istifadə olunacaq, əmtəə məhsulu kimi isə məişətdə və nəqliyyat vasitələrində istifadəsi üçün satışa veriləcək”, - məlumatda deyilir.
Birinci mərhələ çərçivəsində tikilməsi nəzərdə tutulan 13 əsas qurğunun yeri köhnə qurğulardan təmizlənib.
Xəbər verildiyi kimi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi və yenidən qurulması layihəsi zavodun neftin ilkin emalı üzrə gücünün artırılmasını nəzərdə tutur. Hazırda zavodda illik gücü 6 mln. ton olan neftin ilkin emalı qurğusu mövcuddur. Bu həcmin ildə təxminən 8 mln. tona çatdırılması üçün “Azneftyağ” neft emalı zavodundakı 2 mln. ton gücündə ELOU-AVT qurğusunun Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna köçürülməsi planlaşdırılır.
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi ümumilikdə 3 mərhələdə həyata keçiriləcək və 14 qurğunun tikintisini nəzərdə tutur. Layihə $2,2 mlrd. məbləğində qiymətləndirilir. SOCAR bütün işləri 2021-ci ilin ortalarınadək başa çatdırmağı planlaşdırır.
2020-ci ilin sonunda BNEZ-in yenidən qurulmasının ikinci mərhələsinin yekununda “Avro-5” standartları üzrə dizel yanacağının istehsalı, üçüncü mərhələnin yekunları üzrə “Avro-5” standartları üzrə Aİ 92/95/98 markalı avtomobil benzininin istehsalı təşkil olunacaq.
Modernizasiyadan sonra BNEZ-də illik 2,2 mln. ton avtomobilo benzini (hazırda 1,2 mln. ton təşkil edir), illik 2,9 mln. ton dizel yanacağı (1,9 mln. ton), 1 mln. ton reaktiv yanacağı (600 min ton), 400 min ton bitum (200 min ton), 390 min ton neft-kimya məhsulları (112 min ton) istehsal olunacaq.
**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət