Azərbaycanın əhəmiyyəti və geosiyasi rolu artdıqca ölkəyə xarici təzyiqlər artır. Prezident İlham Əliyev belə hesab edir.
“Azərbaycanın əhəmiyyəti və rolu nəinki enerji bazarında, həm də geosiyasi mənada artır. İnkişafımızla, müstəqil siyasət yürütməyimizlə bərabər, bizə olan təzyiqlər də artır”, - İ.Əliyev “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, bu təzyiq enerji amili ilə bağlı deyil. “Bu, bizi, xalqımıza, ölkəmizə zərərli olan hansısa avantüralara cəlb etmək cəhdləri ilə əlaqədardır”, - o qeyd edib.
İ.Əliyev vurğulayıb ki, Azərbaycanda “nə fiziki, nə ideoloji, nə sosial, nə siyasi” potensial risklər və təhdidlər yoxdur. “Vətəndaşlarımızın asayişini pozan hər şey xaricdən daxil ola bilər”, - prezident əlavə edib.
Bununla əlaqədar, dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda suverenlik, təhlükəsizlik və respublika vətəndaşlarının təhlükəsizlik məsələlərinə “çox diqqətlə və həssas” yanaşırlar. “Buna görə, Azərbaycanı beynəlxalq avantüralara cəlb etmək cəhdləri hər zaman uğursuzluqla nəticələnib” , - prezident bəyan edib.
İ.Əliyev istisna etməyib ki, Azərbaycanı avantürala cəlb etmək cəhdlərinin nəticəsizliyi, adətən ölkəmizin üzv olmadığı beynəlxalq təşkilatlarda hansısa qətnamələrin qəbulu ilə ifadə olunur. “O cümlədən, mətbuata təşviqi xarakterli saxta məumatların ötürülməsindən fəal istifadə olunur. Bu, qarayaxma, şantaj və təzyiq göstərmək cəhdinin ən sevilən üsuludur. Lakin bizdə artıq buna qarşı immunitet yaranıb. Azərbaycan vətəndaşları bu cür cəhdlərin arxasında nətin dayandığını çox yaxşı anlayırlar. Azərbaycanın əmin, təhlükəsizl və yüksələn xəttlə inkişafı – bizə zərər vermək istəyənlərə ən yaxşı cavabdır”, - İ.Əliyev qeyd edib.
Prezidentin sözlərinə görə, enerji layihələrinin inkişafı nöqyeti-nəzərindən Azərbaycan Qərbin təzyiqini hiss etməyib. “Əksinə, Azərbaycan qazının müəyyən səviyyədə Avropa dövlətlərinin enerji təhklükəsizliyini təmin edəcəyinə əsaslanaraq, biz Avropa İttifaqı tərəfindən dəstək görmüşük”, - dövlət başçısı vurğulayıb.
O xatırladıb ki, ölkə investor şirkətlər, banklar cəlb etməklə enerji layhələri reallaşdırır. “Yalnız Cənub Qaz Dəhlizi layihəsi təqribən $40 mlrd.-a başa gəlir və bu sərmayələrin əksər hissəsi borca götürülən kapitaldır. Bu səbəbdən, maliyyə institutları ilə fəal əməkdaşlıq bu layihənin əsas amili idi. Bu mənada, enerji layihələrinin reallaşdırılması nöqteyi-nəzərindən, heç bir maneə hiss etmirik”, - prezident qeyd edib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət