«STAR» neft emalı zavodu (NEZ) 2019-cu ilin yanvar ayından hazır məhsulun satışına başlamağı planlaşdırır. Bunu zavodun baş direktoru Mesut İlter deyib.
«Məqsədimiz zavodun 2019-cu ilin əvvəlindən tam gücü ilə işə başlamasıdır. Hazır məhsulun ilk simvolik partiyası artıq alınıb və onu “Petkim” neft-kimya kompleksinə verməyi planlaşdırırıq. Gələn ilin yanvar ayından NEZ-də istehsal edilən bütün məhsul satışa çıxarılacaq», - deyə o, “Anadolu” agentliyinə müsahibəsində bildirib.
M.İlter qeyd edib ki, zavodun sınaqdan keçirilməsi prosesində əlavə xərc tələb edən ciddi problemlər yaranmayıb.
Baş direktor əlavə edib ki, “STAR” NEZ-in dəyəri $6,3 mlrd. təşkil edib ki, bu vəsaitin 90%-i sərf olunub.
«Lakin “SOCAR Turkiye Enerji” əlavə investisiya yatırmağı planlaşdırır və bu da onların həcminin $7 mlrd.-dək artmasına səbəb olacaq. Əlavə vəsaitlər 2021-ci ilədək yatırılacaq və zavodun anbar güclərinin artırılmasına, eləcə də İzmirdə ikinci neft-kimya kompleksinin tikintisi ilə bağlı işlərə yönəldiləcək», - deyə o vurğulayıb.
“STAR” NEZ 2018-ci il oktyabr ayının 19-da işə salınıb. Zavodda “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət