“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC Bakının Səbail rayonunun Badamdar qəsəbəsində biznes sinifinə aid kompleksin tikintisinə $275 mln.-dan artıq vəsait yönəltməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə layihə ilə tanış olan mənbə məlumat verib.
“Layihə $275,2 mln. məbləğində qiymətləndirilir. Kompleks 4,92 min mənzil və 2,5 min parkinq yeri ilə 20-30 çoxmərtəbəli binadan ibarət olacaq. Mənzillərin ümumi sahəsi 405,9 min kvadrat metr, kommersiya otaqlarının sahəsi isə - 45,1 min kvadrat metr təşkil edəcək. Layihə yüksək gəlirli şəxslər üçün nəzərdə tutulur”, - mənbə qeyd edib.
Onun sözlərinə görə, layihənin reallaşdırılması müddəti təqribən 5 ilə yaxın, xərclərin çıxarılması müddəti – 4,2 il təşkil edir.
Mənbə əlavə edib ki, şirkət layihənin reallaşdırılması məqsədilə xarici investorların cəlb edilməsi imkanını istisna etmir.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2010-cu ilin avqustunda “Akkord İnşaat Sənaye” ASC və “Yeni İnşaat Konsaltinqi” MMC tərəfindən təsis edilib. Korporasiya müxtəlif tikinti materiallarının istehsalı ilə məşğul olur, yol-nəqliyyat infrastrukturunun tikintisi üzrə bir sıra layihələrin podratçısıdır. Bundan başqa, şirkət Bakıda və Abşeron yarımadasında yaşayış komplekslərinin tikintisi ilə məşğul olur.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət