2019-cu ildə Dağlıq Qarabağın Azərbaycan icması münaqişənin həlli və məcburi köçkünlərin oz yurdlarına qayıdacaqlarını gözləyir. Bunu icmanın idarə heyətinin sədri Tural Gəncəliyev bəyan edib.
“2019-cu ildə gözləntilər böyükdür. Bizim torpaqlarımıza qayıtmamızın zamanı çoxdan çatıb. Erməni sepatratçılığına son qoyulmanın vaxtı çoxdan bitib”, - T.Gəncəliyev AzTV telekanalının efirində qeyd edib.
O ümidvar olduğunu bildirib ki, 2019-cu ildə icmanın gözləndiləri reallaşacaq. “Bu gözləntilər regionda baş verən proseslər və Azərbaycanın artan siyasi və iqtisadi qücü ilə əlaqədardır”, - T.Gəncəliyev qeyd edib.
“Azərbaycan əraziləri işğaldan azad olunandan və Ermənistan silahlı qüvvələri oradan çıxarıldıqdan dərhal sonra biz öz torpaqlarımıza qayıtmaq, həmçinin əmlak hüquqlarımızı və dağıdılan tarixi və mədəni irsi bərpa etmək niyyətindəyik”, - o əlavə edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın Azərbaycan icması ərazilər işğaldan azad olunandan sonra erməni icması ilə birgə yaşamağa hazırdır. “Biz, Dağlıq Qarabağın Azərbaycan icması, ölkənin beynəlxalq səviyyədə tanınan ərazisi çərçivəsində ərazilər işğaldan azad olunandan sonra erməni icması ilə birgə yaşamağa hazırıq. Bunun üçün konstruktiv dialoq qurmaq, əlaqələr yaratmağa hazırıq. Təbii ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində baş tutmalıdır”, - T.Gəncəliyev vurğulayıb.
İcma rəhbərinin sözlərinə görə, erməni icması tərəfindən Azərbaycan tərəfinin bəyanatı və çıxışına cavab olaraq heç bir reaksiya hələlik olmayıb. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət