2021-ci ilədək Azərbaycanın sığorta bazarında sığorta haqlarının həcmi 1,6 mlrd. manata qədər artmalıdır. Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin sədri Mustafa Abbasbəyli belə hesab edir.
“Azərbaycanın sığorta bazarı 700 mln. manata yaxın həcmindədir. İki ilə (2019-2020-ci illərdə - iF) bu rəqəmin 1,6 mlrd. manata çatdırılması qarşıya qoyulub. Bu, çox ciddi hədəfdir, maliyyə bazarının üzərinə böyük yük və məsuliyyət qoyur. Hər halda belə bir addımın atılması Azərbaycan üçün çox vacibdir. Çünki ölkəmizdə həm bankların, həm də sığortaların aktivlərinin ümumi daxili məhsuldakı payının az olduğunu görürük”, - M.Abbasbəyli Vergilər Nazirliyinin “Vergilər” qəzetinə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, son illər ərzində sığorta bazarı sabit dinamik inkişaf edir. Bu, ilk növbədə, həyat, xüsusilə həyatın yığım sığortası növünə marağın artması ilə əlaqədardır.
“Hər il Azərbaycanda 10% artım olur, ötən il 32% təşkil edib. Bu baxımdan, həyatın yığım sığortasını xüsusilə qeyd etmək lazımdır. Ən çox artım – 40% sığortanın bu növü ilə bağlıdır”, - M.Abbasbəyli vurğulayıb.
ASA sədri əlavə edib ki, 2019-cu il yanvarın 1-dən bu sığorta növünə müəyyən məhdudiyyətlər gətirilib. “Əvvəllər vətəndaş öz rəsmi əmək haqqının 100%-ni bu sığortaya yönəldə bilərdisə, yeni qaydalara görə 50%-ni yönəldəcək”, - M.Abbasbəyli bildirib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqlarının həcmi 663 mln. 891,1 min manat təşkil edib, bu da 2017-ci ilin analoji dövrünü göstəricisindən 31,7% çoxdur. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət