Bakıda Böyükşor gölündə 3 ədəd fotovoltaik paneldən ibarət sistemin quraşdırılması layihəsi 2021-ci ilin yazında başa çatacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2018-ci ilin noyabr ayında Asiya İnkişaf Bankının nümayəndələri Bakıya səfər edərək layihənin reallaşdırılacağı ərazi ilə tanış olublar. Müvafiq strukturlarla layihənin rəhbərlik komitəsi yaradılıb. Layihənin 2021-ci ilin mart ayında yekunlaşdırılması planlaşdırılır”, - nazilrikdən qeyd ediblər.
Vurğulanıb ki, artıq yerli və xarici konsaltinq şirkətlər seçilib. “Xüsusilə, AİB iki xarici şirkəti - NIXUS və S.L.U-nu məsləhətçi qismində seçib. Bundan əlavə, yerli Azerbaijan Energy Engineering & Consulting şirkəti də məsləhət xidmətləri göstərəcək”, - nazirlikdən bildirilib.
Xəbər verildiyi kimi, Energetika Nazirliyi Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” adlı pilot layihənin həyata keçirilməsini planlaşdırır. Söhbət Böyükşor gölündə hər biri 100 kVt gücə malik olacaq 3 ədəd fotovoltaik paneldən ibarət sistemin quraşdırılmasından gedir.
Layihə çərçivəsində həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi, eləcə də müasir norma və prinsiplərin tətbiq edilməsi nəzərdə tutulur. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət