16 may 2019-cu il tarixindən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakı-Odessa marşrutu ilə birbaşa aviareyslərə başlayacaq. Bu barədə “İnterfaks-Azərabycan” agentiyinə aviaşirkətdən məlumat verilir.
“Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri Embraier 190 təyyarələri ilə yerinə yetiriləcək. Təyyarə Odessadan 10:40-da qalxacaq, yerli vaxtla 13:20-də Bakıda eniş edəcək. Bakıdan uçuş 7:00-da həyata keçiriləcək. Odessaya eniş 9:40-da olacaq”, - məlumatda deyilir.
Şirkət reysləri oktyabrın 24-dək həyata keçirməyi planlaşdırır.
Bakı-Odessa istiqaməti üzrə minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.
Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
"Super" tarifi 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutur.
Hazırda “Buta Airways” Bakı-Kiyev marşrutu ilə Ukraynaya uçuşlar həyata keçirir.
“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. Aviaşirkətin əsası 2016-cı ilin dekabrında qoyulub. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilib. “Buta Airways” aviadaşıyıcısının donanmasına müasir və komfortlu “Embraer” təyyarələri daxildir.
Hazırda loukoster İstanbul, Alanya, İzmir, Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, Kiyev, Sofiya, Tbilisi və Tehrana müntəzəm və mövsümi reyslər yerinə yetirir. Bundan başqa, Gəncədən Moskvaya da birbaşa uçuşlar həyata keçirilir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət