2019-cu il yanvarın 1-nə Azərbaycanda 130,323 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 9,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2018-ci ildə 12,504 min hüquqi şəxs qeydiyyatdan keçib, 627 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2019-cu il yanvarın 1-nə respublikada 10,775 min kənd təsərrüfatı (artım 3,2%), 6,979 min təkrar emal (artım 8,1%), 12,697 min tikinti müəssisəsi (artım 6,8%) fəaliyyət göstərir.
Bundan başqa, 2018-ci ilin sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 34,421 min (artım 10,6%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,718 min (artım 5,1%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,801 min (artım 19,4%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 5,739 min (artım 18,2%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 3,318 min (artım 11,6%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1,951 min hüquqi şəxs (artım 7,7%) qeydiyyata alınıb.
Yanvarın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 118,119 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 90,6%-i) özəl müəssisələrin, 8,31 min hüquqi şəxs xarici, 2,45 min hüquqi şəxs birgə müəssisələrin, 10,498 min hüquqi şəxs (8,1%) dövlət müəssisələrinin, 1,706 min hüquqi şəxs (1,3%) bələdiyyələrin payına düşür.
Bundan başqa, 2019-cu il yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 842,277, min fiziki şəxs qeydiyyatdan keçib. 2018-ci ilin əvvəli ilə müqayisədə onların sayı 6% artıb.
Kənd təsərrüfatı sahəsində 221,652 min, emal sənayesi sahəsində 17,988 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 205,09 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 1,82 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 12,693 min, inzibati və yardımçı xidmətlər sahəsində 3,299 min, tikinti fəaliyyəti ilə 6,662 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 38,285 min, nəqliyyat və anbar təsərrüfatı ilə 91,892 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 11,36 min, digər xidmətlərlə 181,041 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 72,38 min hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 255,38 min fiziki şəxs fəaliyyət göstərir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət