Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Rocer Qeyl (Böyük Britaniya, Aİ) və Stefan Şennax (Avstriya) Azərbaycan Respublikası Baş Prokurorluğunun bloger Mehman Hüseynov barəsində yeni cinayət işinə xitam verilməsinə dair qərarımı alqışlayıblar.
“Bu, kiçik, lakin düzgün istiqamətdə atılan mühüm addımdır”, - həmməruzəçilər bildiriblər. Bu barədə AŞPA-nın məlumatında qeyd olunur.
Eyni zamanda, onlar vurğulayıblar ki, M.Hüseynovun azad olunmasını diqqətlə izləyəcəklər.
“AŞPA-nın hazırki sessiyası zamanı Monitorinq Komitəsində siyasi məhbuslar mövzusuna dair azərbaycanlı parlamentariləri ilə fikir mübadiləsi aparacağıq. Ümid edirik ki, M.Hüseynovun üzərindən yeni ittihamların götürülməsi qərarı davamı olan prosesin bir hissəsi olacaq”, - onlar qeyd ediblər.
3 mart 2017-ci il tarixində Suraxanı rayon Məhkəməsinin iclasında M.Hüseynova Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə hökm oxunub.
Bir müddət əvvəl M.Hüseynov Nəsimi rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.O, blogerin böhtan atma maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Bir sıra KİV-in məlumatına görə, 26 dekabr 2018-ci il tarixində M.Hüseynov həbsxana əməkdaşını vurmasında ittiham olunub. Buna cavab olaraq bloger aclıq elan edib.
Yanvarın 20-də M.Hüseynov həbsxanada özünün iştirakı ilə baş vermiş insidentin ədalətli araşdırılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Prezident İ.Əliyev bloger Mehman Hüseynovun işinin ədalətli araşdırılması ilə bağlı tapşırıq verib. Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib
Dünən Azərbaycan Respublikası Baş Prokurorluğunun qərarına əsasən, Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət