Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Sənədi vergilər naziri Mikayıl Cabbarov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.
Anlaşma Memorandumu qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən işçilərin qanunvericiliyə uyğun işə cəlb edilməsi, qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların istehsalı, emalı və dövriyyəsi sahəsində fəaliyyət göstərən subyektlər və onların obyektləri haqqında qarşılıqlı məlumat mübadiləsi ilə bağlı əməkdaşlığı müəyyən edir.
Memoranduma əsasən, tərəflər fəaliyyət istiqamətləri üzrə hüquq və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə, qarşılıqlı məlumat mübadiləsinin aparılması və qida məhsulları sahəsində fəaliyyət göstərən bütün subyektlərin vergiyə cəlb edilməsi üçün əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.
Memorandumda iki qurum arasında əməkdaşlıq formaları, tərəflərin üzərinə götürdüyü öhdəliklər öz əksini tapıb.Əməkdaşlıq çərçivəsində əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuş şəxslər, aksizsiz və ya saxta aksizli mallar, habelə məcburi nişanlama tələb edən, lakin nişanlanmamış malların satışının həyata keçirilməsi faktları aşkar edildikdə, həmin hallar barədə qarşılıqlı məlumat mübadiləsinin aparılması nəzərdə tutulur.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət