2019-cu ildə Azərbaycanda ÜDM 2,3%, 2021-ci ildə isə 3,1%-dək artacaq. Bunu “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi proqnozlaşdırır.
S&P Azərbaycanın yerli və xarici valyutalarda uzunmüddətli emitent defoltu reytinqlərini "BB+" səviyyəsində təsdiq edib. Proqnoz “stabil”dir.
Agentliyin saytında dərc olunmuş proqnozlara görə, 2020-ci ildə Azərbaycanda ÜDM 3% artacaq.
2019-2021-ci illərdə ÜDM-nin nominal həcmi ildə $46 mlrd. təşkil edəcək.
«Biz hökumət tərəfindən makroiqtisadi sabitliyin davam etdiriləcəyini, Azərbaycanın iqtisadi göstəricilərinin yaxın bir neçə il ərzində tədricən yaxşılaşacağını gözləyirik və 2022-ci ilədək orta artımı 3%-dən çox az səviyyədə proqnozlaşdırırıq. Artım istehlakın dayanıqlı bərpası və işgüzar etimadın yüksəlməsi, “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından qaz tədarükünün artması ilə dəstəklənməlidir. Biz 4 ildən sonra qaz ixracının tədricən artacağını gözləyirik», - deyə məlumatda vurğulanır.
S&P 2019-cu ildə respublikada orta illik inflyasiyanı 3,5%, 2020-ci ildə 4%, 2021-ci ildə isə 4,2% səviyyəsində proqnozlaşdırır.
S&P-nin qiymətləndirmələrinə görə, 2019-cu ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 2,8%-ni, 2020-ci ildə 2,1%-ni, 2021-ci ildə 1,9%-ni təşkil edəcək.
2019-2021-ci illərdə Azərbaycanın xarici ticarətinin profisiti ÜDM-nin müvafiq olaraq 14,7%-i, 13,9%-i və 13,3%-i səviyyələrində proqnozlaşdırılır.
S&P Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müəyyən geosiyasi risklərin olduğunu da qeyd edir. Bununla belə, agentlik hesab edir ki, ortamüddətli perspektivdə münaqişənin gərginləşməsi ehtimalı azdır.
Agentliyin qiymətləndirmələrinə görə, ölkədə neft hasilatı ortamüddətli perspektivdə sabit qalacaq. “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda hasilat bir qədər azalsa da, “Şahdəniz” yatağında kondensat hasilatının artması, eləcə də Abşeron arxipelaqının dayazsulu hissəsinin işlənməsi AÇG blokunda hasilatın azalmasını kompensasiya edəcək.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,6%, 2020-ci ildə 3,8%, 2021-ci ildə 3,6% artacağını proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda ÜDM 1,4%, orta illik inflyasiya 2,3% təşkil edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət