Azərbaycan prezidenti İlham Əliyev cari il neftin bir barrelinin qiymətinin $60-70 dairəsində olmasını real hesab edir.
“Düşünürəm ki, hər şey OPEC+ formatında birləşən ölkələrin razılıqlarının necə həyata keçirilməsindən asılı olacaq. Azərbycan öz tərəfindən zəruri tədbirlər görüb və neft hasilatının azaldılmasına dair öhdəlikləri öz üzərinə götürüb. Biz bu öhdəlikləri yerinə yetiririk. Bu səbəbdən, fikrimcə, əgər bütün ölkələr bu məsələyə məsuliyyətlə yanaşsalar, yəqin ki, qiymət bugünkü çərçivədə qalacaq: təqribən bir barel üçün $60-70 səviyyəsində”, - İ.Əliyev “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
Eyni zamanda, Azərbaycan prezidenti hesab edir ki, cari vəziyyətdə bütün il üçün neftin qiyməti barədə proqnoz vermək çətindir. “Ancaq, düşünürəm ki, analitiklərin əksəriyyətinin qiymətləndirmələrinə görə, təxminən qiymətlərin bu dairədə olması real ola bilər. O cümlədən, bu rəqəm (bir barel neft üçün $60-70 səviyyəsində qiymət dəhlizi - İF) həm şirkətlər, həm ixracatçı ölkələr, həm də istehlakçılar üçün daha məqbuldur”, - o əlavə edib.
Öncə Azərbaycan Energetika Nazirliyi məlumat verib ki, 2018-ci ildə neft hasilatının orta sutkalıq həcmi 792,6 min barel təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 1,3% çoxdur.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 10-da OPEC üzvləri ilə təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
Cari ilin iyun ayının 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub.
2018-ci il dekabrın 7-də imzalanmış sazişə əsasən OPEC üzvləri neft hasilatını sutkada 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldır. Saziş 2019-cu ilin aprel ayında nəzərdən keçirilmə mümkünlüyü ilə yarım il müddətinə uzadılıb. Bu saziş çərçivəsində 2019-cu ildən etibarən Azərbaycan gündəlik hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisinə nisbətən 20 min barel - 776 min barelədək azaldacaq. **
R.Babayev
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 10-da OPEC üzvləri ilə təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
Cari ilin iyun ayının 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub.
2018-ci il dekabrın 7-də imzalanmış sazişə əsasən OPEC üzvləri neft hasilatını sutkada 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldır. Saziş 2019-cu ilin aprel ayında nəzərdən keçirilmə mümkünlüyü ilə yarım il müddətinə uzadılıb. Bu saziş çərçivəsində 2019-cu ildən etibarən Azərbaycan gündəlik hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisinə nisbətən 20 min barel - 776 min barelədək azaldacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət