“PAŞA Həyat Sığorta” şirkəti 2018-ci ildə sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Həyat Sığorta” 264 mln. 988,4 min manat və ya 2018-ci ildə bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 36,4%-i həcmində sığorta haqqı toplayıb.
“PAŞA Həyat Sığorta” həyat sığortası seqmentində əldə edilmiş sığorta haqlarının həcminə görə lider olub. İkinci yerdə "Atəşgah Həyat" (60 mln. 107,4 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (15 mln. 897 min manat) qərarlaşıb.
2018-ci ildə qeyri-həyat sığortası seqmentində "PAŞA Sığorta" şirkəti sığorta haqlarının yığım həcminə (128 mln. 7 min manat) görə lider olub.
Hesabat dövründə bu seqmentdə toplanmış sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Azərsığorta" (43 mln. 388,9 min manat), “Meqa Sığorta” (25 mln. 769,1 min manat), "Atəşgah" (36 mln. 805,8 min manat) və “AtaSığorta” (22 mln. 437,5 min manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün sığorta haqlarının 82,1%-i və ya 597 mln. 401,3 min manat bu 8 şirkətin payına düşüb.
2018-ci ildə sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 71 mln. 45,5 min manat və ya sığortaçıların bütün ödənişlərinin 29,6%-ni təşkil edib.
“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (14 mln. 720,3 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (12 mln. 349,2 min manat) qərarlaşıb.
“PAŞA Sığorta” şirkəti qeyri-həyat sığortası seqmentində də ödənişlər üzrə lider olub (49 mln. 5620,3 min manat). Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Atəşgah" (20 mln. 21,9 min manat), "Azərsığorta" (14 mln. 689,3 min manat), “AXA-Mbask” (9 mln. 562,6 min manat) və “AtaSığorta” (10 mln. 609,8 min manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 84,3%-i və ya 202 mln. 518,8 min manat bu 8 şirkətin payına düşüb.
2018-ci ilin sonuna bazarda fəaliyyət göstərən 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət