Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın abunəçilər üçün ev və mobil xidmətlərini bir yerdə təqdim etdiyi “Qutu” istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, 1 il ərzində “Qutu” istifadəçilərinin sayı 2 dəfə çoxalıb. Artıma səbəb yüksəkkeyfiyyətli xidmət, sərfəli qiymət və təklif, əhatə dairəsinin geniş olması, eyni zamanda müştərilərlə mütəmadi ünsiyyətin qurulmasıdır.
Qeyd edək ki, “Qutu” ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edir və mobil internet xidmətlərini birləşdirir. “Qutu” təklifinə qoşulanlar yalnız innovativ xidmətlərdən yararlanmır, eyni zamanada xərclərinə və vaxtına qənaət edə bilirlər. Bundan başqa, istifadəçilər rabitə xərclərini 50%-dək azaldırlar.
“Qutu” təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 5 müxtəlif paketdən ibarətdir. “Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir. “Qutu” istifadəçiləri qeyd edilən bütün xidmətlər üçün yalnız bir operatora ödəniş edirlər. Bundan başqa, “Qutu” təklifinə qoşularaq, öncədən ödəniş etmək istəyənlər rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Fi ruterini pulsuz əldə edə bilir.
Qeyd edək ki, “Qutu” Azərbaycanın rabitə bazarında fiber-optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir. “Qutu” təklifi “Nar” və “CityNet” provayderi tərəfindən təqdim olunur. Təkliflərdən yararlanmaq, əhatə dairəsi haqqında məlumat almaq və onlayn sifariş üçün qutu.nar.az saytına daxil olmaq yetərlidir. Müştərilər “Qutu” xidmətinin özəl müştəri xidmətlərindən də yararlana bilirlər. Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün “Nar” nömrələrindən 771, stasionar telefonlardan isə (012) 444 07 71 nömrəsinə zəng etmək kifayətdir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət