Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mühüm addımların atılacağını gözləmək tezdir.
"Bəzi amillərin fonunda Qarabağla bağlı mühüm addımların atılacağını gözləmək tezdir. Belə ki, problemli Rusiya-Amerika münasibətlərinin fonunda Yerevanı bu münaqişə ilə bağlı ciddi güzəştlərə getməyə vadar etmək Moskva üçün təhlükəli taktika olardı – axı ABŞ bu vəziyyətdən Rusiyanın Ermənistan üzərində təsirini sarsıtmaq üçün istifadə edə bilər", - deyə o, "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bildirib.
Analitikin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan üçün də daxili siyasi risklər hələ də qalmaqdadır.
"Əgər Paşinyan həqiqətən də Qarabağla bağlı mühüm güzəştlərə razılıq versəydi, o, təkcə etiraz əhval-ruhiyyəsinin kəskin alovlanması ilə deyil, həm də belə qərarın əleyhdarlarının son dərəcə radikal aksiyaları ilə üzləşə bilər", - deyə ekspert vurğulayıb.
M.Neyjmakov qeyd edib ki, 2019-cu il Qarabağ münaqişəsinə dair kifayət qədər intensiv danışıqlar və rezonans yaradan bəyanatlarla başlayır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Paris danışıqlarının yekunları üzrə yaydıqları bəyanatda "əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinin zəruriliyi" və "regionun iqtisadi potensialının reallaşdırılmasına yönəldilmiş mümkün qarşılıqlı faydalı təşəbbüslərin vacibliyi” ilə bağlı tezislər böyük rezonans doğurdu", - deyə o vurğulayıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət