2018-ci ilin dördüncü rübün nəticələrinə görə, bank VTB (Azərbaycan)-ın depozit portfeli 18% artaraq 58,7 mln manat təşkil edib.
1 yanvar 2019-cu il tarixinə bankın kapitalı 53,19 mln manat olub. Bankda kapitalın adekvatlıq əmsalları normativ tələbləri (5% və 10% müvafiq olaraq) xeyli üstələyərək 38,58% və 39,11% təşkil edib.
Bankın əsasən yüksək likvidli alətlər, o cümlədən AR MB-nin qısamüddətli notları və depozitlərləri, həmçinin müxbir hesablardakı qalıqlar ilə təmsil olunmuş aktivləri 135,3 mln. manat təşkil edib. Ani likvidlik əmsalı 30%-lik normativi xeyli üstələyərək 144% olub. Bank tərəfindən kredit portfeli üçün yaradılan ehtiyatlar 218,8 mln manat təşkil edib. Məcburi normativlərə riayət edilərkən kredit portfeli üçün ehtiyatların yaradılmış olması bankın etibarlılığının təsdiqidir və ona olan güvənin möhkəmləndirilməsinə xidmət göstərir.
Ötən rüblə müqayisədə bankın faiz gəliri 24% artaraq 7,8 mln manat olub.
Hesabat dövrü ərzində bankın müştərilərinin sayı 31 430 çatıb. Kart hesablarının sayı 12,5% artaraq 10 560 olub.
Maliyyə bazarlarına nəzarət palatasının cari ildə qüvvəyə minəcək yeni normativlərinə əsasən, VTB (Azərbaycan) əsas göstəricilər üzrə requlyatorun tələblərinə tam cavab verir.
“Biz həm korporativ, həm də pərakəndə biznes üçün nəzərdə tutulan xidmətləri təkmilləşdirməyə davam etmək niyyətindəyik. Fəaliyyətimizin əsas diqqəti korporativ və SME müştərilərinə istiqamətlənib. Bu sahədə prioritet istiqamətlərdən biri Rusiya və digər MDB ölkələri ilə çalışan müştərilərdir. Rusiya bankı olaraq biz Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əlaqələrin inkişafına dəstək olacaq məhsul və xidmətlərin tətbiqinə davam edəcəyik. Biz həmçinin əhaliyə istehlak və ipoteka kreditləri, plastik kartlar üzrə xidmətlər göstərib, eləcə də məsafəli bank xidmətləri imkanlarını genişləndirəcəyik”- deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət