SOCAR şirkəti (ARDNŞ) 2019-cu ildə propilen ixracını həyata keçirməməyi planlaşdırır. Bu barədə şirkətdən məlumat verilib.
“Azərikimya” İstehsalat Birliyinin (İB) 2019-cu il üçün planlarına propilen ixracı daxil deyil. Bu məhsul 2018-ci ilin sentyabr ayından “SOCAR Polymer” zavoduna polipropilenin istehsalı üçün xammal qismində göndərilir”, - məlumatda qeyd olunur.
Bundan əlavə, cari il SOCAR etilen ixracının həcmini də azaltmaq niyyətindədir. Şirkət bu məhsulun hansı həcmdə ixracının planlaşdırıldığını dəqiqləşdirmir, lakin qeyd edir ki, azalma planlara daxil olan “SOCAR Polymer”in aşağı təzyiqli polietilen istehsalı üzrə zavodun istifadəyə verilməsi ilə əlaqədardır. “Azərikimya”nın istehsal edəcəyi etilenin əsas həcmi aşağı təzyiqli polietilen istehsalı üçün xammal qismində göndəriləcək”, - məlumatda vurğulanır.
SOCAR-ın məlumatına görə, 2019-cu ildə “Azərikimya” İB-də 462 min ton həcmdə əmtəə məhsulunun istehsalı nəzərdə tutulur.
Dövlət Statistika Komitəsindən məlumat verilib ki, 2018-ci ildə Azərbaycanda propilen istehsalı 56,2 min ton., etilen istehsalı – 98,9 min ton təşkil edib.
2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan etilen, propilen, butilen və qaz halında butadienin ümumi ixrac həcmi $11 mln. 239,06 min məbləğində 28 min 941,92 ton təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ilin iyul ayında “SOCAR Polymer” polipropilen zavodunu istifadəyə verib.
Zavodun istehsal gücü ildə 184 min ton təşkil edir. Məhsulların 70%-i ixraca, 30%-i daxili istehlaka yönəldiləcək. “SOCAR Polymer” əsas istiqamət kimi Türkiyə, Rusiya, Avropa və Çin bazarlarını nəzərdən keçirir. Gözlənildiyi kimi, yeni zavodun məhsulları hazırda Azərbaycana idxal olunan polipropilenin tam həcmini əvəz etməyə imkan yaradacaq.
“SOCAR Polymer”, həmçinin Sumqayıtda yüksək sıxlıqlı polietilen zavodu inşa edir. 120 min ton illik istehsal gücünə malik olan zavod 2019-cu ildə istismara veriləcək.
Bu müəssisələrin istismarı dövründə 6,3 mlrd. dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun da 30 faizi "SOCAR Polymer” şirkətinin xalis mənfəəti olacaq. Hər iki zavodun tikintisinə ümumi investisiya xərcləri 816 mln. dollar təşkil edəcək. İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi – 40 faizi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin ediləcək.
SOCAR “SOCAR-Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen zavodunun tikintisinin maliyyələşdirilməsi üçün Rusiyanın “Qazprombank” ASC-dən 10 il müddətinə $489 mln. manat məbləğində kredit cəlb edib. 2015-ci il iyunun 19-da zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş imzalanıb.
“SOCAR-Polymer” SOCAR tərəfindən təsis edilib. Hazırda şirkətin kapitalında SOCAR-ın payı 57% təşkil edir. “SOCAR-Polymer”in səhmdarları “Vitol Black Sea V.L.L”, ”Ecoland” və digər şirkətlərdir. “SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət