Özbəkistan Azərbaycanda avtomobil istehsalının təşkilini və neft-qaz sahəsində layihələrin reallaşdırılmasını təklif edir
Özbəkistanın baş nazirinin müavini Eler Qəniyev Azərbaycana avtomobilqayırma və neft-qaz sahələrində birgə layihələrin reallaşdırılması, həmçinin iki ölkənin iqtisadiyyatlarının rəqabətə davamlılığı üzərində birgə fəaliyyət göstərməyi nəzərdən keçirməyi təklif edib. Bu barədə Özbəkistan mətbuatı məlumat verir.
“Biz investisiyaların cəlb olunması istiqamətləri üzrə fəal işləyə bilərdik. Özbəkistan tərəfi məişət texnika və avtomobilqayırma istehsalının təşkili imkanını nəzərdən keçirməyə hazırdır”, - E.Qəniyev Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüş zamanı bildirib.
Həmçinin E.Qəniyev Azərbaycan şirkətlərini neft-qaz sektoruna dəvət edərək bildirib ki, SOCAR artıq Özbəkistanda öz layihələri üzərində işləyir. “Neft-kimya sahəsində çox səmərəli layihələrimiz var, biz bura tərəfdaşlar cəlb edə bilərik. Bunlar çox gəlirli layihələrdir”, - baş nazirin müavini əlavə edib.
O, həmçinin qarşılıqlı satış bazarlarının təşkili istiqamətdə fəaliyyət göstərməyi təklif edib. “Hər bir ölkə öz iqtisadiyyatının rəqabətə davamlılığını artırmağa çalışır. Bu mənada, Özbəkistan və Azərbaycanın iqtisadiyyatlarının rəqabətə davamlılığını artırmaq məqsədilə birgə çalışaraq sinerji yaratmağı təklif edə bilərəm. Qarşılıqlı satış bazarlarının təşkili üzərində işləmək vacibdir. Niyə uzaqdan alaq, əgər Azərbaycandan almaq mümkündürsə? Öz növbəsində, Özbəkistan tərəfi rəqabətə davamlı yüksək keyfiyyətli məhsullar təqdim etməyə hazırdır”, - E.Qəniyev vurğulayıb.
4-5 fevral tarixlərində iqtisadiyyat naziri Şahin Mustrafayevin rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti Özbəkistanda səfərdə olub.
Nümayəndə heyətinə kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Tiacarət Lİmanı” QSC-nin baş direktoru Taleh Ziyadov daxil olub. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət