Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanın bank sektoruna daşınar əmlakın yüklülüyü mümkün olmaqla yeni məhsullar tətbiq etməyi təklif edir.
“Bu məhsullar Azərbaycanın kiçik və orta biznes nümayəndələrinin maliyyə resurslarına çıxışını əhəmiyyətli dərəcədə genişləndirəcək”, - deyə IFC-nin məsləhətçisi Manşuk Erjanova bu gün Bakıda keçirilən seminarda bildirib.
M.Erjanova qeyd edib ki, bu məhsullara müqavilələr əsasında maliyyələşdirmə, mallar əsasında maliyyələşdirmə, satınalma sifarişləri və fakturalar üzrə maliyyələşdirmə, debitor borcları əsasında maliyyələşdirmə, kredit borcunun maliyyələşdirilməsi, eləcə də distribyutor maliyyələşdirməsi aiddir.
Azərbaycanın bank sektorunun nümayəndələri IFC-nin təklifini birmənalı qiymətləndirmirlər. Bank bazarındakı mənbə "İnterfaks-Azərbaycan" agentliyinə bildirib ki, sözügedən məhsullar iri banklar üçün münasibdir. "Bunlar çox yaxşı məhsullardır və bank sektorunun əhəmiyyətli dərəcədə canlanmasına kömək edəcək, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək. Lakin bir mənfi cəhət var - bu məhsulların tətbiqi böyük insan resursları tələb edir ki, bu halda da yalnız iri banklar bu imkana malikdir. Yəni yeni alətlər bütün banklar üçün uyğun olmayacaq. Bundan əlavə, qanunvericiliklə bağlı məsələləri də həll etmək lazımdır", - deyə mənbə qeyd edib.
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət