Azərbaycan biznesmenləri Özbəkistan iqtisadiyyatını fəal investisiyalaşdıra bilərlər. Bu barədə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerhod Fayziyev Caspian European Club tərəfindən “Hyatt Regency Baku” otelində təşkil olunmuş CEO Lunch Baku-da məlumat verib.
Diplomat Özbəkistan-Azərbaycan münasibətlərinin ticari-iqtisadi və investisiya da daxil olmaqla müxtəlif sahələr üzrə inkişafını müsbət qiymətləndirib. Şerzod Fayziyev Özbəkistanda iqtisadiyyatın modernləşməsi, struktur yenidənqurması və valyuta liberallaşması üzrə beşillik fəaliyyət Strategiyası çərçivəsində həyata keçirilən tədbirlər barədə danışıb.
Təqdimat zamanı səfir Özbəkistan Hökumətinin investorların dəstəklənməsi istiqamətində göstərdiyi səylər, həmçinin onlar üçün tətbiq edilən güzəşt və imtiyazlar, ölkədə mövcud olan və yaradılan azad iqtisadiyyat zonası, sənaye zonaları və digər məsələlər barədə ətraflı məlumat verib.
CEO Lunch Baku-da fəxri qonaq qismində iştirakl edən Özbəkistanın tikinti naziri Erkin İskəndərov həmçinin sahibkarları Özbəkistan bazarındakı fəaliyyətlərini gücləndirməyə səsləyib. O bildirib ki, ortaq təcrübənin öyrənilməsi və əməkdaşlığın inkişafı məqsədilə Bakıya Daşkənddən yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti səfər edib. Nümayəndə heyətinin tərkibinə Nazirlər Kabineti Apparatının, Baş Prokurorluğun, Tikinti Nazirliyinin, «UzshakharsozlukLITI» dövlət unitar müəssisəsinin, «ToshyuljoyLITI» səhmdar cəmiyyətinin, « Uzmahsusmontajkurilish» səhmdar cəmiyyətinin, « Uzshaharkurilishinvest » ASC-in nümayəndələri daxildirlər. Görüş zamanı Azərbaycan tərəfi tikinti sektorunda əməkdaşlığın qurulması və inkişafı ilə bağlı məsələləri müzakirə edir.
Qeyd edək ki, CEO Lunch Baku-nun işində fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin idarə heyətinin sədri Sadiq Sadıqov iştirakçılara Dövlət Agentliyinin işi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı burləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət