Bakı Fond Birjası (BFB) yenilənmiş “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili” qaydalarının təqdimatını keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
Qaydalar 13 mart 2019-cu il tarixindən qüvvəyə minəcək.
“Yenilənmiş qaydalarda mövcud listinq prosesləri optimallaşdırılıb və bazar seqmentləri üzrə tələblər yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılıb, eləcə də qiymətli kağızların ticarətə buraxılması, listinqi və delistinqi və onların emitentlərinin birja qarşısındakı öhdəlikləri sadələşdirilib”, - deyə məlumatda bildirilir.
Yenilənmiş qaydalara əsasən emitentin bütün səhm buraxılışları eyni bazar seqmentində listinqdən keçməlidir. Bu bəndin müddəaları qapalı yerləşdirmələrə də şamil edilir.
Emitentin fəaliyyət müddəti ən azı 3 il olmalıdır və son 3 maliyyə ilinin ən azı 1 ilini xalis mənfəətlə fəaliyyət göstərməlidir. Emitentin listinqdən keçmiş səhmləri üzrə ən azı 10%, bu şərt ödənilmədikdə isə ən azı 500 min manat ekvivalentində sərbəst tədavül həcmi təmin edilməlidir.
Bundan başqa, emitentin rəhbərliyində dəyişikliklərə tələblər də sərtləşdirilib. Emitentin idarəetmə orqanlarında (Müşahidə Şurası və ya İdarə Heyəti) listinq üçün ərizəni təqdim etdiyi tarixdən əvvəlki 3 ay ərzində (əvvəllər 6 ay) mühüm dəyişikliklər olmamalıdır.
Səhmlərini standart bazar seqmentində yerləşdirmək istəyənlər üçün nizamnamə kapitalına minimum tələblər 500 min manatdan 200 min manatadək, əsas bazar seqmentində emitentin xalis aktivlərinə tələblər 2,5 mln. manatdan 2 mln. manatadək, standart bazar seqmentində 500 min manatdan 200 min manatadək azaldılıb.
Eyni zamanda, yeni qaydalara xarici emitent və Azərbaycanın üzv olduğu beynəlxalq qurumların Azərbaycan kapital bazarlarında qiymətli kağız buraxılışını tənzimləyəcək dəyişikliklər əlavə edilib.
Belə ki, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən buraxılmış istiqrazlar əsas bazarda yerləşdirilir və minimum kapitala, hesabatlara, rəhbərlikdə dəyişikliklərə tələblərdən azaddır.
Xarici emitent və listinq üçün müraciət edilən qiymətli kağızlar qeydiyyatda olduğu ölkənin qanunvericiliyinə uyğun olaraq rəsmi qeydiyyata alınmalıdır. Xarici emitentlərin qiymətli kağızlarının kütləvi təklif üsulu ilə Birjada yerləşdirilməsi zamanı bu qaydalar üzrə yerli emitentlər üçün nəzərdə tutulmuş tələblər xarici emitentlərə şamil edilir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət