“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “AzSığorta” şirkətinin maliyyə dayanıqlılığı reytinqini "B" səviyyəsində təsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Bununla yanaşı, agentlik reytinq üzrə proqnozu “mənfi”dən “stabil”ə dəyişib.
"Proqnoza yenidən baxılması şirkətin 2017-ci il üçün gözlənildiyindən daha yüksək olan maliyyə göstəricilərini və qeyd olunan dövr ərzində BMHS üzrə auditi keçirilmiş hesabat əsasında ehtiyatların əlverişli artımını əks etdirir. Reytinqdə şirkətin kapitalının nisbətən güclü mövqeyi, zəif biznes mövqeyi və investisiya portfeli üzrə yüksək risk öz əksini tapıb”, - deyə məlumatda bildirilir.
Auditi keçirilmiş hesabata əsasən “AzSığorta” 2017-ci ili 600 min manat məbləğində xalis zərərlə başa vurub. Kapitalın rentabelliyi 2% təşkil edib. 2013-2016-cı illərdə kapitalın orta rentabelliyi 34% olub. “Fitch” mütəxəssislərinin fikrincə, kapitalın rentabelliyinin azalmasına səbəb 2016-cı ildə şirkətin yük sığortası portfelinin həcmində azalma ilə əlaqədar sığorta haqlarının azaldılmasına cavab olaraq inzibati xərclərini əvvəlki səviyyədə saxlamasıdır.
"Şirkət 2018-ci il üzrə auditi keçirilməmiş hesabatında xalis mənfəətinin 4,7 mln. manat, kapitalın rentabelliyinin isə 15% təşkil etdiyini bildirib", - deyə məlumatda qeyd olunur.
“Fitch” bildirir ki, “AzSığorta” şirkətinin investisiya portfelinin keyfiyyəti bir qədər yaxşılaşsa da, nisbətən aşağı səviyyədə qalmaqdadır. "2018-ci ilin sonuna sığortaçının investisiya portfelinin 49%-i nisbətən zəif keyfiyyətli kreditlərə malik banklarda (“AFB Bank” daxil olmaqla) yerləşdirilib", - deyə məlumatda vurğulanır.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət üçün lisenziya alıb və sığorta haqlarının yığımına görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin səhmdarı 1 fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 mln. manata bərabərdir.
2018-ci ildə şirkətin sığorta haqları 20,03 mln. manat, ödənişləri 8,1 mln. manat təşkil edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət