Azərbaycan-İran sərhədində Araz çayı üzərində “Qız Qalası” su bəndinin tikintisi 2020-ci ildə tamamlanacaq. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
“Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar yaradılmış Birgə Texniki Komissiyanın Azərbaycan tərəfindən üzvlərinin iştirakı ilə iclas keçirilib. Xüsusilə, iclasda tikintinin cari vəziyyəti, növbəti addımlar və bu işə məsul qurumların öhdəlikləri müzakirə edilib”, - məlumatda deyilir.
Energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, bu sazişin icrası “strateji əhəmiyyət daşıyır”. Onun sözlərinə görə, “ona görə də işlərin sürətləndirilməsi və qarşılıqlı məlumat mübadiləsi vacibdir”.
“İndiyədək “Xudafərin” su bəndinin tikinti üzrə işlərin 95%-i başa çatıb, “Qız Qalası” tikinti prosesi 2020-ci ildə tamamlancaq”, - nazirlikdən qeyd olunub.
Bildirilir ki, Birgə Texniki Komissiyanın tərkibinə Müdafiə, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Energetika, Fövqəladə Hallar, Ədliyyə, İqtisadiyyat, Maliyyə, Mədəniyyət nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Meliorasiya və Su Təsərrüfatı, “Azərenerji”, “Azərişıq” ASC-lərin nümayəndələri daxildir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət