“SOCAR Balkans” şirkəti (SOCAR-ın Balkan ölkələrindəki törəmə şirkəti) Bolqarıstanda biznes modeli hazırlayacaq. Bu barədə şirkətin baş icraçı direktoru Murad Heydərov məlumat verib.
“Hər bir bazar üstünlüklər təklif etməklə yanaşı, müxtəlif oyunçular arasında rəqabət ərazisidir, buna görə də biz hazır olmaq istəyirik. Bunun üçün məsləhətçilər dəvət etmişik və onlar Bolqarıstanda biznes aparmaq üçün optimal model təqdim edəcəklər. Bu təhlil əsasında biz həll hazırlayacaq və Bolqarıstan bazarına çıxmaq üçün münasib zamanı seçəcəyik», - deyə o, “Bloomberg TV”-nin efirində bildirib.
Baş icraçı direktorun sözlərinə görə, bazarın imkanlarını və xüsusiyyətlərini qiymətləndirmək üçün onu araşdırmaq lazımdır.
M.Heydərov qeyd edib ki, şirkət tərəfindən Türkiyə və Yunanıstanda da bu cür strategiya qəbul edilib.
“Bizim strategiyamız regionda (Balkan – İF) həyata keçirilən layihələrdə iştirakı nəzərdə tutur və Bolqarıstan bizim üçün ən cəlbedici bazar olaraq qalır. Mən deyərdim ki, bu ölkə bizim Avropa bazarına və daha konkret olaraq Cənub-Şərqi Avropa bazarlarına açılan pəncərəmizdir”, - deyə o vurğulayıb.
Şirkətin rəhbəri, həmçinin qeyd edib ki, SOCAR və Bolqarıstan arasında uğurlu əməkdaşlıq qurulub və “Şahdəniz” yatağından hasil olunan qazın 2020-ci ildən bu ölkəyə tədarükü bu əməkdaşlığın elementlərindən biridir.
“Bundan başqa, Azərbaycan Bolqarıstanın enerji strategiyasının vacib elementi olan “Balkan” qazpaylayıcı mərkəzinin yaradılması prosesini diqqətlə izləyir», - deyə M.Heydərov əlavə edib.
Xəbər verildiyi kimi, “Bulgargaz” və SOCAR arasında imzalanmış təbii qazın tədarükü haqqında müqaviləyə uyğun olaraq Bolqarıstan 2020-ci ildən etibarən hər il “Şahdəniz” yatağından hasil edilən 1 mlrd. kubmetr təbii qaz alacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət