Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir. Bu barədə fondun məlumatında deyilir.
“2018-ci ilin sonuna olan vəziyyətə görə, ARDNF-in aktivləri $38 mlrd. 515,2 mln. təşkil edib, bunun $0,5 mln.-u Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Bu dövrdə ARDNF-in investisiya portfeli $38 mlrd. 514,7 mln.-a bərabərdir.
Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda 54,3% ABŞ dolları (2017-ci ilin sonuna 47,1%), 34,4% avro (2017-ci ilin sonuna 35,7%), 4,6% funt sterlinq (2017-ci ilin sonuna 5,1%), 0,6% Avstraliya dolları (2017-ci ilin sonuna 0,7%), 0,8% türk lirəsi (2017-ci ilin sonuna 1%), 0,7% rus rublu (2017-ci ilin sonuna 1,1%), 0,5% Cənubi Koreya vonu (2017-ci ilin sonuna 1,3%),1,3% Çin yuanı (2017-ci ilin sonuna 1,4%), 1,5% yapon yeni (2017-ci ilin sonuna 1,5%), 1,3% digər valyutalarda (2017-ci ilin sonuna 1,6%) yerləşdirilib.
Neft Fondunun dollarla ifadə olunan portfelində 5,4% və ya $2 mlrd. 93,1 mln. qızıl investisiyalarının payına düşür ki, bu da 50,95 tona və ya 1 mln. 638,186 min troya unsiyasına ekvivalentdir.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 37,05%-i Avropa ölkələrində (2017-ci ilin sonuna 38,4%), 23,1%-i Şimali Amerika ölkələrində (2017-ci ilin sonuna 27,87%), 28,71%-i Asiya-Sakit okean regionu ölkələrində (2017-ci ilin sonuna 26,05%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 76,5%-i istiqrazlarda və pul bazarı alətlərində, 12,8%-i səhmlərdə, 5,3%-i daşınmaz əmlakda, 5,4%-i qızılda yerləşdirilib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 9.5% ilə yay krediti!
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət