Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom ADA Universiteti tərəfindən təşkil olunmuş növbəti - sayca 7-cı Karyera sərgisində iştirak edib.
Ölkənin informasiya və kommunikasiya texnologiyaları və digər sektorlarında fəaliyyət göstərən 70-dən çox şirkəti və ADA Universitetinin çoxsaylı tələbə və məzunlarını bir araya gətirən karyera sərgisi zamanı tələbələr və məzunlar ölkənin telekommunikasiya sektorunda qabaqcıl və inkişaf edən şirkət olan AzerTelecom barədə, eləcə də şirkətdə mövcud vakant iş yerləri və təcrübə keçmək imkanları barədə məlumat əldə ediblər, onları maraqlandıran suallara müvafiq cavablar alıblar.
Karyera sərgisi AzerTelecom şirkəti və hazırda təhsil alan və ya artıq məzun olmuş gənclər arasında yeni əlaqələrin qurulması, şirkətin təqdim etdiyi imkanlar barədə ətraflı şəkildə məlumatlanmaq, istedadlı tələbə və məzunları aşkara çıxarmaq baxımından faydalı olub.
Ölkənin İKT sektorunda artıq 10 ildən artıqdır ki, çalışan və korporativ müştərilərə qabaqcıl telekommunikasiya xidmətləri təqdim edən şirkət insan resurslarının davamlı inkişafına xüsusi diqqət yetirir və mütəmadi olaraq karyera sərgilərində iştirak edir.
Şirkət ötən il də ADA Univetrsitetində təşkil olunmuş Karyera sərgisində aktiv iştirak etmişdi. Ötən il karyera sərgisində müxtəlif şirkətlər tərəfindən ümumilikdə 1300-dən çox tələbə və məzunlar üçün yeni iş imkanları sərgilənmişdi.
Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatoru olan AzerTelecom 2008-ci ildə təsis edilib və ölkənin ilk mobil operatoru - Bakcell şirkətinin törəmə şirkətidir. AzerTelecom internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət