2018-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri üzrə gəlirlilik (qızıl nəzərə alınmadan) 2017-ci ildə qeydə alınmış 1,88%-ə qarşı 0,35% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Hesabat ilində səhmlər üzrə gəlirlilik mənfi 6,57%, istiqrazlar və pul bazarı alətləri üzrə 0,89%, daşınmaz əmlak üzrə 9,98% təşkil edib.
“2018-ci il beynəlxalq səhm bazarları üçün çox çətin il olub. Ötən ilin ilk doqquz ayı ərzində qlobal səhm bazarlarında müsbət nəticələr əldə olunmasına baxmayaraq, sonuncu rübdə dünyanın əksər əsas iqtisadiyyatlarında qlobal iqtisadi artımın zəifləməsi barədə bədbin proqnozlar fonunda səhm bazarlarında mənfi gəlirlilik qeydə alınıb. Brexit ətrafında yaranmış gərginlik, Çinin iqtisadi artım dinamikasının zəifləməsi, ABŞ-ın Federal Ehtiyat Sisteminin apardığı faiz dərəcəsi siyasəti barədə təşvişlərin artması, eləcə də Birləşmiş Ştatlarda yüksələn faiz dərəcələri fonunda şirkət gəlirləri ilə bağlı bədbin gözləntilər kimi amillər də birbaşa səhm bazarlarında aşağı gəlirliliyə öz mənfi təsirini göstərib”, - deyə məlumatda bildirilir.
Nəticədə 2018-ci ilin IV rübündə ARDNF-in səhmlərə investisiyaları üzrə gəlirliliyi mənfi 9,86% təşkil edib ki, bu da fondun investisiya portfelinin ümumi gəlirliliyinə təsir göstərib.
31 dekabr 2018-ci il tarixinə səhmlərə investisiya qoyuluşları fondun aktivlərinin 12,8%-nə (2017-ci ilin sonuna olan 14,9%-ə qarşı) bərabərdir.
2018-ci il dekabrın 31-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri $38 mlrd. 515,2 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə fondun vəsaitlərinin idarə olunması üzrə orta illik gəlirlilik göstəricisi 2,14% səviyyəsində proqnozlaşdırılır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət