"Azərbaycan Hava Yolları" (AZAL) QSC 2022-2023-cü illərdə Şəki şəhərində yeni hava limanı inşa etməyi planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.
"Hazırda Şəki hava limanı yalnız bütün növ helikopterləri qəbul edə və göndərə bilir. Bununla belə, hava limanının fəaliyyətinin tam həcmdə bərpası (təyyarələrin qəbulu üçün – İF) mümkünlüyü nəzərdən keçirilir. "Azərbaycan Hava Yolları" QSC-nin 2018-2025-ci illəri əhatə edən Strateji İnkişaf Planına əsasən 2022-2023-cü illərdə Şəkidə yeni hava limanının inşası planlaşdırılır", - deyə məlumatda qeyd olunur.
Bu layihənin həyata keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilmə hesabına mümkün olacaq.
"Əvvəlcə ən yaxın Qəbələ və Zaqatala beynəlxalq hava limanları vasitəsilə Şəki şəhərindən və ona bitişik yaşayış məntəqələrindən sərnişin daşımaları və regiona turist axını göstəricilərini öyrənmək lazımdır", - deyə məlumatda vurğulanır.
Hazırda Azərbaycanın müxtəlif bölgələrində 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət