Azərbaycanın bank sektorunda rəqabətin kifayət qədər zəif olması kiçik və orta sahibkarların (KOS) maliyyəyə çıxışını məhdudlaşdırır. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) regionda kiçik və orta sahibkarların maliyyə inteqrasiyasına dair hesabatında deyilir.
"Banklar arasında rəqabətin olmaması kiçik və orta sahibkarların maliyyəyə çıxışını məhdudlaşdırır. Digər araşdırmalara görə, bank rəqabəti KOS-un maliyyəyə çıxışına müsbət təsir göstərir. Bank rəqabətinin ən yüksək əmsalı 1 bal, Azərbaycanda isə cəmi 0,3 baldır", - deyə hesabatda bildirilir.
BVF qeyd edir ki, kredit məlumatları KOS-un rəsmi maliyyə mənbələrinə çıxışı üçün ən vacib amillərdən biridir.
"Kredit məlumatlarının keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi maliyyə inteqrasiyası, eləcə də məşğulluq və iqtisadi artım üçün (xüsusilə KOS-la bağlı hallarda) çox faydalı ola bilər.
Girov tələblərinin çox yüksək olduğu ölkələrdə girovun kəmiyyətinə orta tələblər kreditin dəyərinin 250%-nə çata bilər, kredit məlumatlarının yaxşılaşdırılması bu cür məhdudiyyətləri yumşalda və KOS-ların maliyyəyə çıxışını təmin edə bilər. Belə ölkələrə girov kəmiyyətinin 250%-ə çatdığı Azərbaycan da daxildir”, - deyə hesabatda qeyd olunur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət