Aprelin 4-də “Fitch Ratings” Beynəlxalq reytinq agentliyi Bakıda Azərbaycan iqtisadiyyatı üzrə illik konfrans keçirəcək.
“Aprelin 4-də konfransda agentliyin analitikləri Azərbaycanın suveren və bank sektoruna dair “Fitch”in rəyini təqdim edəcəklər”, - “İnterfaks-Azərbaycan”a agentlikdən bildiriblər.
Konfransa dəvət olunanlar sırasında Azərbaycanın iri korporasiyaları, iri bank və bank olmayan maliyyə müəssisəərinin top-menecerləri, beynəlxalq investisiya cəmiyyəti, yerli və regional hakimiyyət orqanlarının nümayəndələri var.
O cümlədən, konfransa Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyinin nümayəndələri, beynəlxalq maliyyə təsisatlarının baş menecerləri, “Fitch Ratings”in suveren, bank və korporativ qruplarının direktorları dəvət olunublar.
Xəbər verildiyi kimi, 2019-cu il yanvarın sonunda “Fitch Ratings” Beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada emitent defoltunun uzunmüddətlireytinqini “BB+” səviyyəsində təsdiq edib, proqnozu “stabil” saxlayıb.
Analitiklərin rəyinə görə, “BB+ reytinqləri yüksək neft gəlirləri dövrlərində qalıqların toplanması, iqtisadiyyatın karbohidrogenlərdən güclü asılılığı, zəif inkişaf etmiş və proqnozlaşdırılmayan siyasət, idarəçiliyin aşağı göstəriciləri və zəif bank sektoru ilə şərtlənən Azərbaycanın güclü xarici balansı və aşağı səviyyədə dövlət borcunu əks etdirir. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət